Rusiya Qarabağda Türkiyə ilə ortaq hərəkət edəcəyini təsdiqlədi - Video

Rusiya Qarabağda Türkiyə ilə ortaq hərəkət edəcəyini təsdiqlədi - Video
Rusiya Dağlıq Qarabağda atəşkəsə nəzarət üzrə Türkiyə ilə ortaq hərəkət edəcəyini təsdiqləyib.

Sfera.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumatda deyilir:

"Danışıqlardan sonra Dağlıq Qarabağ münaqişəsi zonasında atəşkəsə və bütün hərbi əməliyyatlara nəzarət üzrə ortaq mərkəzin yaradılması haqqında memorandum imzalanıb”.

Memorandumla ortaq monitorinq mərkəzinin vəzifələri və prinsipləri müəyyənləşdirilib.

Qeyd edilib ki, atəşkəsə birgə nəzarət mərkəzi tərəflərin atəşkəsə əməl etməsi və əldə olunmuş razılaşmaları pozan digər hərəkətlər barədə məlumat toplayacaq və yoxlayacaq. Mərkəz, həmçinin, vizual müşahidə, pilotsuz uçuş aparatları vasitəsilə pozuntuları qeydə almalıdır və digər mənbələrdən alınan məlumatları qiymətləndirməlidir. Mərkəz əldə edilmiş razılaşmaların pozulması ilə bağlı şikayət, sual və ya problemlə məşğul olan orqana çevriləcək.


OXŞAR XƏBƏRLƏR

Biznes klassda üç yaşlı uşağa bir qədəh şərab verildi: Aviaşirkət qalmaqalın mərkəzində

Aprelin 24-də “Cathay Pacific” reysinin göyərtəsində azyaşlı sərnişinə spirtli içki verilməsi ilə bağlı insident baş verib. Uşaq stəkanın içində su ...

Cennifer Enistonun 2 il ardıcıl təqib edən adamın məhkəməsi başladı - FOTO

Bu həftə Hollivud aktrisası Cennifer Enistonun evinin darvazalarına avtomobili ilə çırpılan Missisipi ştatından olan 48 yaşlı Cimmi Ueyn Karvil mühakimə olunaca...

Məşhur batmış yaxtanı qaldırmağa çalışan dalğıc öldü

2024-cü ilin avqustunda Siciliya yaxınlığında fırtına zamanı “Bayesian” super yaxtası batıb. Milyarder Mayk Linçin özü də daxil olmaqla 7 nəfər ölmü...

Prezidentdən Heydər Əliyevlə bağlı paylaşım - FOTO

Prezident İlham Əliyev Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü ilə əlaqədar sosial media hesablarında paylaşım edib.   Sfera....

Heydər Əliyevin anadan olmasının 102-ci ildönümüdür

Bu gün Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin doğum günüdür.   Sfera.az xəbər verir ki, Heydər Əliyevin anadan olmasının 102-ci ildönümüdür. ...

Olimpiya məşəli bu tarixdə alovlandırılacaq

2026-cı il Qış Olimpiya Oyunlarının məşəli 2025-ci il noyabrın 26-da Yunanıstanın qədim Olimpiya şəhərində alovlandırılacaq.   Sfera.az xəbər ve...