“Qazaxın işğal altındakı əraziləri 20 noyabra qədər Azərbaycana təhvil veriləcək”

“Qazaxın işğal altındakı əraziləri 20 noyabra qədər Azərbaycana təhvil veriləcək”
"İşğal altındakı torpaqların və Qarabağın bütünlüklə işğaldan azad edilməsi ilə əlaqədar qardaşım, dostum İlham Əliyev başda olmaqla, bütün azərbaycanlı qardaşlarımı təbrik edirəm”.

Sfera.az-ın məlumatına görə, bunu bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

Türkiyə Prezidenti deyib ki, imzalanan anlaşmaya əsasən, azad edilməmiş Azərbaycan torpaqları da Azərbaycana veriləcək: "Anlaşmaya əsasən, Ermənistan Kəlbəcəri 15 noyabra, Ağdam və Qazaxın işğal altındakı hissələrini 20 noyabra, Laçını isə 1 dekabra qədər Azərbaycana təhvil verəcək. Azərbaycanla Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsi təmin ediləcək və bu məqsədlə bir yol inşa olunacaq. Eyni zamanda Ermənistanla Xankəndi arasında da bir nəqliyyat dəhlizi açılacaq. İşğal nəticəsində torpaqlarından çıxarılan azərbaycanlılar BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının müşahidəsi altında torpaqlarına dönəcək”.

OXŞAR XƏBƏRLƏR

Biznes klassda üç yaşlı uşağa bir qədəh şərab verildi: Aviaşirkət qalmaqalın mərkəzində

Aprelin 24-də “Cathay Pacific” reysinin göyərtəsində azyaşlı sərnişinə spirtli içki verilməsi ilə bağlı insident baş verib. Uşaq stəkanın içində su ...

Cennifer Enistonun 2 il ardıcıl təqib edən adamın məhkəməsi başladı - FOTO

Bu həftə Hollivud aktrisası Cennifer Enistonun evinin darvazalarına avtomobili ilə çırpılan Missisipi ştatından olan 48 yaşlı Cimmi Ueyn Karvil mühakimə olunaca...

Məşhur batmış yaxtanı qaldırmağa çalışan dalğıc öldü

2024-cü ilin avqustunda Siciliya yaxınlığında fırtına zamanı “Bayesian” super yaxtası batıb. Milyarder Mayk Linçin özü də daxil olmaqla 7 nəfər ölmü...

Prezidentdən Heydər Əliyevlə bağlı paylaşım - FOTO

Prezident İlham Əliyev Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü ilə əlaqədar sosial media hesablarında paylaşım edib.   Sfera....

Heydər Əliyevin anadan olmasının 102-ci ildönümüdür

Bu gün Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin doğum günüdür.   Sfera.az xəbər verir ki, Heydər Əliyevin anadan olmasının 102-ci ildönümüdür. ...

Olimpiya məşəli bu tarixdə alovlandırılacaq

2026-cı il Qış Olimpiya Oyunlarının məşəli 2025-ci il noyabrın 26-da Yunanıstanın qədim Olimpiya şəhərində alovlandırılacaq.   Sfera.az xəbər ve...