Çavuşoğlu, Əsədov və Bayramov Bakıdan Türkiyəyə qoşuldu - FOTO

Çavuşoğlu, Əsədov və Bayramov Bakıdan Türkiyəyə qoşuldu - FOTO
Türkiyədə Milli Ağaclandırma Günü ilə əlaqədar ağacəkmə aksiyası keçirilib.

Sfera.az "CNN Türk”ə istinadən xəbər verir ki, aksiyada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iştirak edib. Həmçinin aksiyaya canlı yayım vasitəsilə Azərbaycanda da Baş nazir Əli Əsədov, Xarici İşlər naziri Ceyhun Bayramov və hazırda Azərbaycanda səfərdə olan Türkiyənin XİN rəhbəri Mövlud Çavuşoğlu qoşulublar.

Çavuşoğlu diplomatik çalışmalara dəstək vermək üçün Azərbaycanda olduğunu bildirib və qeyd edib ki, aksiya çərçivəsində Bakıda 11 min ağac əkiləcək. Əkiləcək tinglərin əksəriyyəti zeytun tingləridir. 

Xarici İşlər naziri Ceyhun Bayramov Türkiyə Prezidentinə son 40 gündə Azərbaycan xalqının mücadiləsinə verilən dəstəyə görə təşəkkür edib: "Biz bu dəstəyi günbəgün gördük. Mövlud bəy qısa müddət rəzində 5 dəfə Azərbaycanda oldu. Sizə buna görə çox təşəkkür edirik”.

R. T. Ərdoğan isə qeyd edib ki, Türkiyə xalqı qardaş Azərbaycanın yaşadığı həyəcanı bu günlər ərzində yaşayıb:

"Bu həyəcanı sizinlə birlikdə yaşadıq. "Bir millət, iki dövlət anlayışı” içərisində bütün səylərimizi ortaya qoyduq. Bundan sonra da "bir millət, iki dövlət” olaraq bu yolla yürüyəcəyik. Necə bu gün əkilən zeytun fidanları ağac olacaqsa, yüz minlərlə zeytunu Azərbaycanlı qardaşlarımız toplayacaqsa, bundan sonra da Qarabağ azərbaycanlı qardaşlarımızın yenidən döndüyü torpaqlar olacaq”.

OXŞAR XƏBƏRLƏR

Biznes klassda üç yaşlı uşağa bir qədəh şərab verildi: Aviaşirkət qalmaqalın mərkəzində

Aprelin 24-də “Cathay Pacific” reysinin göyərtəsində azyaşlı sərnişinə spirtli içki verilməsi ilə bağlı insident baş verib. Uşaq stəkanın içində su ...

Cennifer Enistonun 2 il ardıcıl təqib edən adamın məhkəməsi başladı - FOTO

Bu həftə Hollivud aktrisası Cennifer Enistonun evinin darvazalarına avtomobili ilə çırpılan Missisipi ştatından olan 48 yaşlı Cimmi Ueyn Karvil mühakimə olunaca...

Məşhur batmış yaxtanı qaldırmağa çalışan dalğıc öldü

2024-cü ilin avqustunda Siciliya yaxınlığında fırtına zamanı “Bayesian” super yaxtası batıb. Milyarder Mayk Linçin özü də daxil olmaqla 7 nəfər ölmü...

Prezidentdən Heydər Əliyevlə bağlı paylaşım - FOTO

Prezident İlham Əliyev Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü ilə əlaqədar sosial media hesablarında paylaşım edib.   Sfera....

Heydər Əliyevin anadan olmasının 102-ci ildönümüdür

Bu gün Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin doğum günüdür.   Sfera.az xəbər verir ki, Heydər Əliyevin anadan olmasının 102-ci ildönümüdür. ...

Olimpiya məşəli bu tarixdə alovlandırılacaq

2026-cı il Qış Olimpiya Oyunlarının məşəli 2025-ci il noyabrın 26-da Yunanıstanın qədim Olimpiya şəhərində alovlandırılacaq.   Sfera.az xəbər ve...