"44 günlük hərəkatın 44 il danışılacağına əmin olun" - Hulusi Akar

"Bütün dostlar və qardaşlarımı öz və Türkiyə Silahlı Qüvvələri, Türkiyə Müdafiə Nazirliyi adından səmimi-qəlbdən təbrik edirəm”.
 
Sfera.az xəbər verir ki, bunu Bakıya səfər edən Türkiyə Müdafiə naziri Hulusi Akar söyləyib.

"Bıçaq sümüyə dirənmişdi. Azərbaycan öz ərazilərini işğaldan azad etmək üçün əks-hərəkata başladı. Bu hərəkat bəlli bir nöqtəyədək gəldi və nəticə əldə olundu. Gerçəkdən də tarixi dəyəri olan, Azərbaycan və türk tarixinə qızıl hərflərlə yazılacaq uğur əldə edibsiniz. Bu 44 günlük hərəkat bitdi, amma bunun 44 il danışılacağına əmin olun. Bu əməliyyat bir oyanışdır, burada biz Azərbaycan Ordusunun gücünü gördük. Bakıdakı qələbə sevincini gördük, ancaq unutmayın ki, eynisi Ankarada da, İstanbulda da, İzmirdə də var idi. Bu bizim qardaşlığımızın, bir millət olmamızın göstəricisi idi. Bu cür hərəkatlar, bu cür nailiyyətlərdə ən böyük uğur şəhidlər və qazilərimizə aiddir. Bu uğur üçün canını fəda edən bütün şəhidlərə Allahdan rəhmət diləyirəm. Yaralılarımız var, onlara da şəfa diləyirəm. Üçrəngli bayrağınla məsud yaşa, Azərbaycan! Yaşasın Azərbaycan! Yaşasın Türkiyə!”, - o vurğulayıb.
 


OXŞAR XƏBƏRLƏR

Biznes klassda üç yaşlı uşağa bir qədəh şərab verildi: Aviaşirkət qalmaqalın mərkəzində

Aprelin 24-də “Cathay Pacific” reysinin göyərtəsində azyaşlı sərnişinə spirtli içki verilməsi ilə bağlı insident baş verib. Uşaq stəkanın içində su ...

Cennifer Enistonun 2 il ardıcıl təqib edən adamın məhkəməsi başladı - FOTO

Bu həftə Hollivud aktrisası Cennifer Enistonun evinin darvazalarına avtomobili ilə çırpılan Missisipi ştatından olan 48 yaşlı Cimmi Ueyn Karvil mühakimə olunaca...

Məşhur batmış yaxtanı qaldırmağa çalışan dalğıc öldü

2024-cü ilin avqustunda Siciliya yaxınlığında fırtına zamanı “Bayesian” super yaxtası batıb. Milyarder Mayk Linçin özü də daxil olmaqla 7 nəfər ölmü...

Prezidentdən Heydər Əliyevlə bağlı paylaşım - FOTO

Prezident İlham Əliyev Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü ilə əlaqədar sosial media hesablarında paylaşım edib.   Sfera....

Heydər Əliyevin anadan olmasının 102-ci ildönümüdür

Bu gün Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin doğum günüdür.   Sfera.az xəbər verir ki, Heydər Əliyevin anadan olmasının 102-ci ildönümüdür. ...

Olimpiya məşəli bu tarixdə alovlandırılacaq

2026-cı il Qış Olimpiya Oyunlarının məşəli 2025-ci il noyabrın 26-da Yunanıstanın qədim Olimpiya şəhərində alovlandırılacaq.   Sfera.az xəbər ve...