Britaniyadan Qarabağla bağlı razılaşmaya MÜNASİBƏT

Siyasət
10:32 / 11.11.2020
4334
Böyük Britaniya Azərbaycanla Ermənistan arasında Dağlıq Qarabağa dair sülh razılaşmasından razıdır.
Sfera.az xəbər verir ki, bu barədə Britaniyanın xarici işlər naziri Dominik Raab özünün "Twitter" hesabında yazıb.
"Tərəflər qan tökülməsinin qarşısını almaq üçün çətin qərar qəbul ediblər”, - deyə Raab bildirib.
Birləşmiş Krallığın xarici işlər naziri qeyd edib ki, bütün tərəflər vətəndaşların rifahı naminə davamlı sülhə nail olmaq üçün birlikdə çalışmalıdırlar.