"Qarabağa dair razılaşma bütün region üçün müsbət perspektivlər vəd edir"

"Qarabağa dair əldə olunan razılaşma bütün region üçün, ilk növbədə, iqtisadi cəhətdən müsbət perspektivlər açır".

Sfera.az xəbər verir ki, bunu rusiyalı politoloq Sergey Markov bildirib.

"Nəqliyyat yolları açılacaqsa, deməli Naxçıvanla Azərbaycan arasında birbaşa gediş-gəliş yoluna qoyularsa, bu bölgənin inkişaf etdirmək daha asan olacaq. Elə Dağlıq Qarabağ da inkişaf üçün daha geniş imkanlar qazanacaq”, - deyən ekspertin fikrincə, Ermənistanın təslim olması Şuşa azad edildikdən sonra baş verdi.

Əldə edilən razılaşmaların Ermənistan tərəfindən yerinə yetirilib-yetirilməyəcəyinə dair ekspert qeyd edib: "Çox güman ki, Ermənistan rəhbərliyi bu razılaşmanı yerinə yetirər. Lakin Paşinyan devrilsə, onlar razılaşmanı pozmağa cəhd edə bilərlər, amma bu, baş tutmaz. Çünki Azərbaycan hücuma keçəcək və belə olan halda Ermənistan ordusunu fəlakət gözləyir”.

Sazişin şərtlərinə görə, Qarabağda yerləşdiriləcək Rusiya sülhməramlılarından danışan politoloqun qənaətincə, onlar "erməni əhalisi üçün təhlükəsizliyin zəmanətidir”. Ermənilərin qorxularını əsassız hesab edən rusiyalı politoloq bildirib: "Məncə, Qarabağ erməniləri Azərbaycanda əvvəlkindən daha firavan yaşayacaqlar. Məvacib və təqaüdlər daha yüksək, iş yerləri daha çox olacaq. Qarabağ ermənilərinin qorxuları daha çox təbliğata uymalarının nəticəsidir”.///Report 


OXŞAR XƏBƏRLƏR

Biznes klassda üç yaşlı uşağa bir qədəh şərab verildi: Aviaşirkət qalmaqalın mərkəzində

Aprelin 24-də “Cathay Pacific” reysinin göyərtəsində azyaşlı sərnişinə spirtli içki verilməsi ilə bağlı insident baş verib. Uşaq stəkanın içində su ...

Cennifer Enistonun 2 il ardıcıl təqib edən adamın məhkəməsi başladı - FOTO

Bu həftə Hollivud aktrisası Cennifer Enistonun evinin darvazalarına avtomobili ilə çırpılan Missisipi ştatından olan 48 yaşlı Cimmi Ueyn Karvil mühakimə olunaca...

Məşhur batmış yaxtanı qaldırmağa çalışan dalğıc öldü

2024-cü ilin avqustunda Siciliya yaxınlığında fırtına zamanı “Bayesian” super yaxtası batıb. Milyarder Mayk Linçin özü də daxil olmaqla 7 nəfər ölmü...

Prezidentdən Heydər Əliyevlə bağlı paylaşım - FOTO

Prezident İlham Əliyev Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü ilə əlaqədar sosial media hesablarında paylaşım edib.   Sfera....

Heydər Əliyevin anadan olmasının 102-ci ildönümüdür

Bu gün Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin doğum günüdür.   Sfera.az xəbər verir ki, Heydər Əliyevin anadan olmasının 102-ci ildönümüdür. ...

Olimpiya məşəli bu tarixdə alovlandırılacaq

2026-cı il Qış Olimpiya Oyunlarının məşəli 2025-ci il noyabrın 26-da Yunanıstanın qədim Olimpiya şəhərində alovlandırılacaq.   Sfera.az xəbər ve...