Din xadimləri İlham Əliyevi təbrik etdilər

Din xadimləri İlham Əliyevi təbrik etdilər
Bu gün Bakıda Qafqaz Müsəlmanları İdarəsinin təşkilatçılığı ilə "Müasir dünyanın problemləri: nifrətə çağırış, terror, ekstermizm, İslamafobiya və Ermənistanın Azərbaycana qarşı təcavüzü” mövzusunda beynəlxalq onlayn konfrans keçirilib.

Sfera.az xəbər verir ki, konfransda QMİ sədri Allahşükür Paşazadə, Türkiyə diyanət işləri başqanı Ali Erbaş, ISESCO-nun Baş direktoru Salem ibn Məhəmməd əl-Maliki, İslam Əməkdaşlıq Təşkilatının Baş katibi Yusif ibn Əhməd Əl-Useyminin xüsusi nümayəndəsi Məğrub Səlim Bat, İslam aləminin, o cümlədən Yaxın Şərq, Afrika, Avropa və Asiyanın nüfuzlu din xadimləri və dini rəhbərləri iştirak ediblər.

Tədbirin sonunda konfrans iştirakçıları Azərbaycan Prezidenti İlham Əliyevin ünvanına təbrik məktubu və bəyanat qəbul edilib.

Konfrans iştirakçıları dövlətlər, BMT, İƏT və ona üzv ölkələr, digər beynəlxalq, regional, ictimai təşkilatlar və dini liderlərə müracət edərək Ermənistana Azərbaycana qarşı işğalçılıq siyasətinə dəstək ola biləcək hər hansı siyasi, mənəvi, iqtisadi və hərbi yardımlar göstərməməyə, o cümlədən öz ərazilərindən həmin məqsədlə təyinatlı daşımalara və müzdluların hərəkətinə yol verməməyə çağırıb.

Bundan əlavə, dövlətləri BMT Nizamnaməsində və beynəlxalq hüququn norma və prinsiplərinə, xüsusilə dövlətlərin suverenliyi, sərhədlərin toxunulmazlığı və ərazi bütövlüyü prinsiplərinə hörmət edilməsinə və bu prinsiplərə riayət olunmasının beynəlxalq səviyyədə təşviq edilməsinə, dünyanın bir çox bölgələrində baş verən konfiliktlərin, eləcə də Ermənistan-Azərbaycan-Dağlıq Qarabağ münaqişəsinin yuxarıda göstərilən prinsiplərə tam uyğun olaraq Azərbaycanın beynəlxalq səviyyədə tanınan sərhədləri çərçivəsində sülh yolu ilə həll olunmasına töhfə verməyə çağırıb.

OXŞAR XƏBƏRLƏR

Biznes klassda üç yaşlı uşağa bir qədəh şərab verildi: Aviaşirkət qalmaqalın mərkəzində

Aprelin 24-də “Cathay Pacific” reysinin göyərtəsində azyaşlı sərnişinə spirtli içki verilməsi ilə bağlı insident baş verib. Uşaq stəkanın içində su ...

Cennifer Enistonun 2 il ardıcıl təqib edən adamın məhkəməsi başladı - FOTO

Bu həftə Hollivud aktrisası Cennifer Enistonun evinin darvazalarına avtomobili ilə çırpılan Missisipi ştatından olan 48 yaşlı Cimmi Ueyn Karvil mühakimə olunaca...

Məşhur batmış yaxtanı qaldırmağa çalışan dalğıc öldü

2024-cü ilin avqustunda Siciliya yaxınlığında fırtına zamanı “Bayesian” super yaxtası batıb. Milyarder Mayk Linçin özü də daxil olmaqla 7 nəfər ölmü...

Prezidentdən Heydər Əliyevlə bağlı paylaşım - FOTO

Prezident İlham Əliyev Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü ilə əlaqədar sosial media hesablarında paylaşım edib.   Sfera....

Heydər Əliyevin anadan olmasının 102-ci ildönümüdür

Bu gün Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin doğum günüdür.   Sfera.az xəbər verir ki, Heydər Əliyevin anadan olmasının 102-ci ildönümüdür. ...

Olimpiya məşəli bu tarixdə alovlandırılacaq

2026-cı il Qış Olimpiya Oyunlarının məşəli 2025-ci il noyabrın 26-da Yunanıstanın qədim Olimpiya şəhərində alovlandırılacaq.   Sfera.az xəbər ve...