“Qafqazda yeni era başlayır” - Salome Zurabişvili

Siyasət
14:46 / 10.11.2020
2813
Ermənistan və Azərbaycanı bu faciəvi müharibənin başa çatması münasibətilə təbrik edirəm.
Sfera.az-ın xəbərinə görə, bunu Gürcüstan Prezidenti Salome Zurabişvili özünün "Twitter” hesabındakı paylaşımında bildirib.
O qeyd edib ki, artıq Qafqazda yeni era başlayır:
"Mən dostlarımız Ermənistan və Azərbaycanı bu faciəvi müharibənin başa çatması münasibətilə təbrik edirəm və bütün vasitəçilərə təşəkkür edirəm. Qurbanların ailələrinə başsağlığı verirəm. Sülh və stabilliyin alternativi yoxdur. Biz birlikdə əməkdaşlığın yeni səhifəsinə başlayırıq”.