"Pis günlər geridə qaldı" - Türkiyə MN-dən təbrik mesajı

11:36 / 10.11.2020
2689
"Azərbaycan türkü qardaşlarımız şu ata sözünü yaxşı bilir: Pis günün ömrü az olar".
Sfera.az xəbər verir ki, bu sözlər Türkiyə Müdafiə Nazirliyinin sosial şəbəkədəki rəsmi hesabında paylaşılıb.
"30 il öncə yaşanan acılar bu gün sona çatdı. Qəhrəman qardaşlarımız döyüş meydanında gücünü göstərdi və mərd şəkildə döyüşərək zəfər qazandı.
Pis günlər geridə qaldı, gün zəfər günüdür. Qutlu olsun!", - deyə paylaşımda qeyd edilib.
Aysel
Sfera.az