Ermənilərin növbəti brend fırıldağı - "Nike" "Facebook" şirkətinə müraciət edəcək

İdman
14:26 / 06.11.2020
1795
Son günlərdə daha bir dünya brendinin - "Nike"ın qondarma respublikaya dəstək verdiyi müzakirə olunur.
Sfera.az xəbər verir ki, "Nike Ermənistan" adlı bir neçə "Facebook" səhifəsindən Ermənistana dəstək ifadə edən paylaşımlar edilib.
AFFA-nın Marketinq və Sponsorluq Şöbəsinin müdiri Tural Piriyev məsələyə aydınlıq gətirib.
O bildirib ki, həmin səhifələrin feyk olduğu artıq öz təsdiqini tapıb:
"Səhifələrə baxanda feyk olduğu görünür, lakin dəqiqləşdirmək üçün tərəfdaşlarımıza müraciət etdik. Tərəfdaşlarımız Ermənistanda rəsmi "Nike" səhifəsi olmadığını təsdiqlədilər və postlar/səhifələrlə bağlı "Facebook"a müraciət edəcəklərini bildirdilər".
Aysel
Sfera.az