Bu gün ABŞ-da prezident seçkiləridir

Dünya
09:25 / 03.11.2020
1673
Bu gün ABŞ-da 59-cu ümumi seçkilər keçiriləcək.
Sfera.az bildirir ki, amerikalılar Prezident və vitse-prezidentlə yanaşı, 35 senator, Nümayəndələr Palatasının 435 üzvünü, 11 ştatın və iki ərazinin qubernatorunu, həmçinin yerli hakimiyyət orqanları rəhbərlərini seçəcəklər.
Əsas mübarizə Donald Tramp və vitse-prezident Maykl Pensla ABŞ-ın keçmiş vitse-prezidenti Cozef Bayden və Kaliforniya ştatından senator Kamala Harris arasında olacaq.
Seçilmiş prezidentin inauqurasiya mərasimi yanvarın 20-də keçiriləcək.