Builki qəbul imtahanları necə yadda qaldı? – İxtisas qrupları üzrə müqayisəli statistika
Dövlət İmtahan Mərkəzi tərəfindən ali təhsil müəssisələrinə qəbulun nəticələrini açıqlanıb.
DİM-dən verilən məlumata görə ali təhsil müəssisələrinin müsabiqəsində 66464 nəfər iştirak edib. Onlardan 42731 nəfəri (o cümlədən 5785 subbakalavr) ali təhsil müəssisələrinə qəbul olunub. 20799 (o cümlədən 779 subbakalavr) nəfər dövlət sifarişi əsasında, 21932 (o cümlədən 5006 subbakalavr) nəfər isə ödənişli əsaslarla təhsil almaq hüququ əldə edib.
Maraqlıdır, ötən illə müqayisədə bu il ixtisas qruplarında ballarda azalma yaxud artım müşahidə edildi?
Mövzu ətrafında Sfera.az-a danışan təhsil eksperti Elçin Əfəndi bu il yanlız bir qrupda ballarda cidi artımın olduğunu qeyd edib:
"Bu il ən kəskin mübarizə V və III ixtisas qrupunda getdi. V qrupda bəzi ixtisaslar üzrə 40,50 və 60 bal arası artım oldu. Dövlət sifarişli bir çox ixtisaslarda kəskin bal artımı müşahidə edildi. III ixtisas qrupunda isə ötən il keçidi 550 baldan yuxarı ixtisasların bal düşümü oldu.
Bal artımı ümumilikdə 250-500 bal arası ixtisaslarda oldu. Ən optimal qəbulolma şansı II qrupda idi. Bu qrupda ötən il 550 ballıq dövlət sifarişli yerlər bu il 450 bala qədər aşağı düşdü.
I qrupda da ümumi vəziyyəət yaxşı oldu. Baxmayaraq ki, bu qrupda dövlət sifarişli yerlər 1000-ə qədər azalsa da nəticə ürəkaçandır. Belə ki, yaxşı nəticə göstərən abituriyentlər pulsuz təhsil alma şansı qazandı. IV qrupda tibb ixtisası üzrə ötən ilə nisbətdə ballar aşağı idi və abituriyenlər arasında pulsuz təhsil almaq imkanı qazananlar çox oldu”.
Əzizə
Sfera.az