Meza Kolli Rumıniya klubundan ayrıldı

İdman
11:55 / 11.09.2020
1516
Ötən mövsüm icarə əsasında "Keşlə"də oynamış Sezar Meza Kolli Rumıniyanın "Universitatya Krayova" klubundan ayrılıb.
Sfera.az xəbər verir ki, 28 yaşlı futbolçunun 2021-ci ilin iyunun 30-dək qüvvədə olan sözləşməsi ləğv olunub.
Sezar Meza Kolli 2013-2016-cı illərdə "İnter" ("Keşlə"), 2016-2017-ci illərdə isə "Zirə"də çıxış edib. Paraqvaylı yarımmüdafiəçi 2018-ci ilin yayında məhz "Keşlə”dən "Universtatya”ya keçib.