"Qarabağ" "Sampdoriya"nın qapıçısını transfer edir

 

"Qarabağ" İtaliyanın "Sampdoriya" klubunun qapıçısı Vid Beletsi transfer etməyə hazırlaşır.

 

Sfera.az  xəbər verir ki, Ağdam təmsilçisi sloveniyalı qapıçını almaq istəyən klublardan biridir. Klublar razılığa gəlsə, 30 yaşlı qapıçı karyerasını Azərbaycan çempionunda davam etdirəcək.

 

Sloveniyalı əlcək sahibi ötən mövsümü icarə əsasında Kiprin APOEL klubunda keçirib. O, Nikosiya klubunun heyətində Çempionlar Liqası və Avropa Liqasındakı oyunlarda "Qarabağ"a qarşı oynayıb. Belets ötən mövsüm keçirdiyi 34 oyunda 31 top buraxıb, 16 qarşılaşmada isə qapısını toxunulmaz saxlayıb.

 

"Maribor"un yetirməsi 2010-cu ildə "İnter"ə keçib. Milan təmsilçisində 5 il ərzində rəsmi oyun keçirməyən qapıçı "Krotone", "Olhanense" və "Konyaspor" klublarına icarəyə verilib. Belets İtaliyanın "Karpi" və "Benevento" klublarının da formasını geyinib. 2018-ci ildə "Sampdoriya"ya keçən qapıçının genuyalılarla sözləşməsi 2021-ci il iyunun 30-da bitəcək. (sportal.az)


OXŞAR XƏBƏRLƏR

Biznes klassda üç yaşlı uşağa bir qədəh şərab verildi: Aviaşirkət qalmaqalın mərkəzində

Aprelin 24-də “Cathay Pacific” reysinin göyərtəsində azyaşlı sərnişinə spirtli içki verilməsi ilə bağlı insident baş verib. Uşaq stəkanın içində su ...

Cennifer Enistonun 2 il ardıcıl təqib edən adamın məhkəməsi başladı - FOTO

Bu həftə Hollivud aktrisası Cennifer Enistonun evinin darvazalarına avtomobili ilə çırpılan Missisipi ştatından olan 48 yaşlı Cimmi Ueyn Karvil mühakimə olunaca...

Məşhur batmış yaxtanı qaldırmağa çalışan dalğıc öldü

2024-cü ilin avqustunda Siciliya yaxınlığında fırtına zamanı “Bayesian” super yaxtası batıb. Milyarder Mayk Linçin özü də daxil olmaqla 7 nəfər ölmü...

Prezidentdən Heydər Əliyevlə bağlı paylaşım - FOTO

Prezident İlham Əliyev Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü ilə əlaqədar sosial media hesablarında paylaşım edib.   Sfera....

Heydər Əliyevin anadan olmasının 102-ci ildönümüdür

Bu gün Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin doğum günüdür.   Sfera.az xəbər verir ki, Heydər Əliyevin anadan olmasının 102-ci ildönümüdür. ...

Olimpiya məşəli bu tarixdə alovlandırılacaq

2026-cı il Qış Olimpiya Oyunlarının məşəli 2025-ci il noyabrın 26-da Yunanıstanın qədim Olimpiya şəhərində alovlandırılacaq.   Sfera.az xəbər ve...