Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) veteranları Trampı Hüseyn Qəddafi ilə müqayisə ediblər

Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) hazırkı və sabiq əməkdaşları etiraz dalğasına bürünən ABŞ-kı vəziyyətin digər ölkələrdə müşahidə olunan tənəzzül və demokratiyanın süqutu əlamətəri (red. onlara bu əlamətləri aşkarlamaq üçün təlim keçiblər) ilə oxşarlığından narahatlıqlarını bildirməyə başlayıblar.Onların sözləri The Washington Post qəzetinin müxbiri Qreq Millerin (Greg Miller) diqqətini çəkib.
Baş verən hadisələr MKİ analitiklərinə yaxşı tanışdır. Onlar sərhəd dışındakı cəmiyyətin dağılma mənzərələrini izləməyə vərdiş ediblər. "Etirazçı kütlə, bunun ardınca gələn repressiyalar və liderin qüdrətinin köntöy nümayişi". Bunları Miller yazır. "Mən buna bənzər zorakılığı görmüşəm", -deyə, Çində və Cənub-Şərqi Asiyada baş verən hadisələrin izlənilməsinə cavabdeh olan MKİ-in sabiq analitiki Geyl Helt bildirir. "Bu, avtokratların gördüyü işdir,süqutdan öncə ölkələrdə müşahidə olunan vəziyyətdir”, -deyə o, paralel aparııb.
Əvvəllər Avropa və Asiyada MKİ əməliyyatlarına rəhbərlik edən Mark Polimeropoulos, hakimiyyət nümayişçilərə qarşı rezin güllələrdən və gözyaşardıcı qazdan itifadə etdikdən sonra Trampın Vaşinqtondakı Müqəddəs İohann Kilsəsi qarşısında əlində İncil çəkdirdiyi fotoşəklə reaksiya verən agentliyin bir neçə keçmiş məmuru arasında olub. "Bu, mənə illərlə üçüncü dünya ölkələrində yazdıqlarımı xatırlatdı",-deyə o, bildirib. İraq, Suriya və Liviya liderlərini xatırlayan Polimeropoulos həmçinin əlavə edib ki, "Səddam [Hüseyn]. Bəşər [Əsəd]. [Müəmmər] Qəddafi. Hamısı bunu edib ”.
"Digər administrasiya nümayəndələri də Trampla eyni mövqedən çıxış edirdi”,-deyəjurnalist yazır. Belə ki, ABŞ Müdafiə naziri Mark Esper qubernatorları etirazçıları dövrəyə alaraq, "döyüş bölgəsində üstünlük qazanmağa" çağırmışdı. Sanki ABŞ şəhərləri xarici hərbi əməliyyatlar zonasıdır.
Miller qeyd edir ki, hətta kameralardan uzaqda belə, Tramp güclü insan obrazı nümayiş etdirir. Minneapolis polisi tərəfindən kobud şəkildə həbs edildikdən sonra dünyasını dəyişən afroamerikalı Corc Floydun ölümündən qəzəblənən izdihamdakıgərginliyi azaltmaq barədə bircə kəlmə belə söyləməyən Tramp, bir müddət əvvəl qubernatorları getdikcə artan etirazlara qarşı adekvat güc tətbiq etməməkdə suçlayaraq, onları "zəif" adlandırmışdı. "Əgər vəziyyəti ələ ala bilmirsinizsə, vaxt itirirsiniz" ,-deyə o, bildirmişdi.
İki il Tramp administrasiyasında çalışan ABŞ-ın Yaxın Şərqdəki keçmiş yüksək səlahiyyətli səfiri Brett McGurk, deyib ki, ABŞ prezidentinin işirakçılar tərəfindən lentə alınaraq xəbər portallarına çatdırılan sözləri "yalnız dünya avtokratlarının dəyirmanına su tökəcək və ABŞ-ın nüfuzuna xələl gətirəcək”.
Son illərdə ABŞ rəsmiləri müxtəlif ölkələrin hakimlərini etirazçılara və ya həssas qruplara qarşı təmkinli olmağa çağırırdılar və sözügedən qüvvələrə qarşı təzyiqləri pisləyirdilər. Bunu Miller yazır. "ABŞ-ın mövqeyindəki görünən ikiüzlülük" xaricdə Vaşinqton tərəfindən təzyiq və tənqidlərə məruz qalanların diqqətindən yayınmayıb”,- deyə o, fikrini yekunlaşdırıb.
Sfera.az
Selcan