İranda daha bir deputat koronavirusdan öldü

17:30 / 07.03.2020
3375
İran parlamentinə yenidən deputat seçilmiş Fatimə Rəhbər yeni koronavirus (COVID 19) nəticəsində dünyasını dəyişib.
Sfera.az trend-ə istinadən xəbər verir ki, Mötəlifə Eslami partiyasının mərkəzi şurasının üzvü İranın xəstəxanalarından birində yeni virusa görə müalicə olunurdu.
Qeyd edək ki, İran Səhiyyə Nazirliyi ötən gün (6 mart) 4 747 nəfərin yeni koronavirusa yoluxduğunu, 124 nəfərin öldüyünü təsdiqləyib.
İranın bir sıra rəsmiləri, o cümlədən prezidentin müavini, parlamentin 20-dən çox deputatı, səhiyyə nazirinin müavini və digər rəsmilər yeni koronavirusa yoluxub.
İndiyədək İranın Vatikandakı sabiq səfiri, İran parlamentinin 2 deputatı və bir sıra digər rəsmilər koronavirus nəticəsində dünyasını dəyişmişdi.