Üz qabığı insan dərisindən olan albom satışa çıxarıldı - FOTO

19:00 / 07.03.2020
5743
Polşada üz qabığı insan dərisindən olan albom satışa çıxarılıb.
Sfera.az xəbər verir ki, albom İkinci Dünya Müharibəsi dövründə alman düşərgəsində hazırlanıb.
Belə ki, kolleksiyaçı içərisində müxtəlif açıqca və mənzərə şəkilləri olan fotoalbom alıb. O, albomun üz qabığında döymə və insan saçı aşkar edib.
Eyni zamanda, albomdan kəskin qoxu gəlib.
Kolleksiyaçı albomu "insanlığa qarşı cinayətlərin şərtsiz sübutu" olaraq, Auşviç-Birkenay Dövlət Muzeyinə verib.
Mütəxəssislər hesab edirlər ki, albom Almaniyada kütləvi edam və insanlara qarşı amansız təcrübələri ilə tanınan Buhenvald düşərgəsində öldürülmüş məhbusun dərisindən hazırlanıb.
(oxu.az)