Cəzalandırılarkən dişlənən və döyülən uşağın cəsədi polisləri heyrətə gətirdi - FOTO-VİDEO

Diş izləri və aldığı zədələrdən göyərmiş dörd yaşlı uşağın cəsədi polisləri belə heyrətə gətirib.
Sfera.az xəbər verir ki, ürək parçalayan hadisə ABŞ-ın Viskonsin ştatında qeydə alınıb.
Qızcığazın qətli ilə əlaqədar anası Kristina Kollado və onun sevgilisi Cerom Millen saxlanılıb.
21 yaşlı qadın qızını gecə yatağına qoyduğunu, səhəri gün isə Ceromun balacanı oyatmağa getdikdə uşağın heç nəyə reaksiya verməyəcək halda olduğunu bildirib.
Bundan sonra onlar təcili yardıma xəbər veriblər. Çağırışa gələn tibb işçiləri isə gördükləri mənzərədən dəhşətə gələrək dərhal polisə xəbər veriblər.
"Araşdırma zamanı qurbanın fiziki olaraq istismar edildiyi məlum olub. Bu hadisə cinayət hadisəsi kimi qeydə alınıb”, - deyə hüquq-mühafizə orqanından bildirilib.
Şübhəli cütlüyə yaxın digər mənbələrin polisə verdiyi məlumata görə, Millen balaca qızı fiziki istismar edib, cəzalandırarkən həddi aşıb.
Hadisə ilə əlaqədar cinayət işi qaldırılıb.
(oxu.az)