Hamilə qadını dörd metrlik kobradan belə xilas etdilər – VİDEO

00:00 / 04.03.2020
2704
Tailandda hamilə qadın qonşusunun çevikliyi sayəsində dörd metrlik kral kobrasıdan xilas olub.
Sfera.az xəbər verir ki, 24 yaşlı Nonq Tanvapaniç evinin həyətində nəhəng ilanı görərək bərk qorxub. Onun qışqırığını qonşusu eşidib və köməyə gəlib. Kişi xilasedicilərə zəng eləsə də, onların gəlişini gözləməmək qərarına gəlib.
"İlan məni qorxudurdu. O, böyük və təhlükəli idi, ona görə ilanı özüm zərərsizləşdirmək qərarına gəldim”, - deyə kişi bildirib.
Xilasedicilər gələnə qədər ilan artıq tutulub.
Qeyd edək ki, kral kobrası planetin ən zəhərli ilanı sayılır.
(oxu.az)