Şahzadə xanımı ucuz ayaqqabıları ilə gündəmdə - Fotolar

17:30 / 01.03.2020
14855
Dəb ikonası adlandırılan Böyük Britaniya şahzadəsi Uilyamın həyat yoldaşı, Kembric hersoginyası Keyt Middlton bu dəfə də geyimi ilə diqqət çəkib.
Sfera.az xəbər verir ki, Keytin qatıldığı tədbirlərdən birinə geyindiyi idman ayaqqabıları ingilis mediasının gündəmindən düşmür.
Şahzadə xanımının geyindiyi "Marks & Spencer" markalı ayaqqabıların qiymətinin cəmi 50 dollar (85 AZN) olması da hər kəsi təəccübləndirib.
Məlumata görə, həmin markaya məxsus ayaqqabılar Middltondan sonra bir neçə saat ərzində satılıb.
(axsam.az)