Batan qadını xilas etmək istəyən kapitan özünü gəmidən atdı - FOTO

Batan qadını xilas etmək istəyən kapitan özünü gəmidən atdı - FOTO
 

Çayda boğulmaq üzrə olan qadını xilas etmək üçün gəmi kapitanı özünü suya atıb.

Sfera.az xəbər verir ki, hadisə Myanmada, Yanqon çayı sahilində baş verib.

 

Şahidlərin sözlərinə görə, gəmi limana yaxınlaşanda qadın ehtiyatsızlıq nəticəsində çaya yıxılıb. Təcrübəli kapitan, 60 yaşlı Yu Maynt Ay qadını əzməmək üçün gəmini kənara çəkə bilib. Sonra isə özünü çaya atıb. Sonda o, iki heyət üzvünün köməyi ilə qadını sahilə çıxara bilib.

34 yaşlı Kin Çay Maya dərhal xəstəxanaya yerləşdirilib. 

Kapitan hadisə baş verən vaxt öz həyatı barədə fikirləşmədiyini deyib: "Həmin an ancaq qadının təhlükəsizliyini düşünürdüm. Artıq yaşlanmışam, mən ölsəm də olar, amma qadın gənc idi, o yaşamalıdır”.

Kapitan indiyə qədər boğulmaqdan xilas etdiyi şəxslərin sayını bilmədiyini vurğulayıb: "Həyatım boyu bu qədər insanın həyatını qurtara bildiyim üçün özümlə qürur duyuram”.

40 ildir dənizdə işləyən Yu Maynt Ay bu ilin sonunda istefaya getməyi düşündüyünü bildirib.

(oxu.az)


OXŞAR XƏBƏRLƏR

Biznes klassda üç yaşlı uşağa bir qədəh şərab verildi: Aviaşirkət qalmaqalın mərkəzində

Aprelin 24-də “Cathay Pacific” reysinin göyərtəsində azyaşlı sərnişinə spirtli içki verilməsi ilə bağlı insident baş verib. Uşaq stəkanın içində su ...

Cennifer Enistonun 2 il ardıcıl təqib edən adamın məhkəməsi başladı - FOTO

Bu həftə Hollivud aktrisası Cennifer Enistonun evinin darvazalarına avtomobili ilə çırpılan Missisipi ştatından olan 48 yaşlı Cimmi Ueyn Karvil mühakimə olunaca...

Məşhur batmış yaxtanı qaldırmağa çalışan dalğıc öldü

2024-cü ilin avqustunda Siciliya yaxınlığında fırtına zamanı “Bayesian” super yaxtası batıb. Milyarder Mayk Linçin özü də daxil olmaqla 7 nəfər ölmü...

Prezidentdən Heydər Əliyevlə bağlı paylaşım - FOTO

Prezident İlham Əliyev Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü ilə əlaqədar sosial media hesablarında paylaşım edib.   Sfera....

Heydər Əliyevin anadan olmasının 102-ci ildönümüdür

Bu gün Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin doğum günüdür.   Sfera.az xəbər verir ki, Heydər Əliyevin anadan olmasının 102-ci ildönümüdür. ...

Olimpiya məşəli bu tarixdə alovlandırılacaq

2026-cı il Qış Olimpiya Oyunlarının məşəli 2025-ci il noyabrın 26-da Yunanıstanın qədim Olimpiya şəhərində alovlandırılacaq.   Sfera.az xəbər ve...