Azərbaycan nefti ucuzlaşır

Dünya
13:20 / 28.02.2020
2840
CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti fevralın 27-də 53,67 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 2,73 dollar/barel azdır.
Bu barədə Sfera.az-a ölkənin neft-qaz bazarındakı mənbə bildirib.
FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 52,87 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 2,66 dollar/barel azdır.
Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 47,6 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 2,67 dollar/barel azdır.
Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 52,27 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 2,68 dollar/barel azdır.