“Qələt edib məni tənqid edirsiz!” – Afət onları təhqir etdi

“Qələt edib məni tənqid edirsiz!” – Afət onları təhqir etdi
 

"Qələt edirsiz, məni tənqid edirsiz!". Bu sözləri Afət Fərmanqızı onun "Pəncu-şeş" mahnısını tənqid edən xalq artistləri Flora Kərimova və Rasim Balayevə ünvanlayıb.

 

 

Dahi Nəsiminin "Sığmazam" qəzəlini hind ritminin üstündə ifa edən müğənni mahnısına görə onu tənqid edənləri məhkəməyə verəcəyini deyir:

 

Fərmanqızı "İnstagram"da paylaşım edərək, F.Kərimovanın tənqidinə təhqirlə cavab verib:"Bu rəhmətliyi xınaya aparmaq istəyirdim, deyəsən getmək istəmir. Boş-bekar qalıb, hamıya söz atır. Mən olmasaydım, bu kimə söz atıb gündəmə gələcəkdi. Bədbəxt də, ağılsız da sənsən ki, reytinq toplamaq üçün səni efirə çağırıb "tırkalayıb" danışdırırlar".

 

Fərmanqızı onu tənqid edən digər xalq artisti Rasim Balayevi də cavabsız qoymayıb: "Hələ bir xalq artisti var, aktyordur. Özünü elə aparır ki, elə bil Nəsimidir. O vaxt məni təhqir edəndə hörmət etdim, cavab vermədim. Başım toylardan açılsın, onun da payını verəcəm".

 

İfaçı daha sonra xalq artistləri Flora Kərimovaya və Rasim Balayevə "qələt edirsiz, məni tənqid edirsiz!" deyib və hər iki sənətkarı onu tənqid etdiyi üçün məhkəməyə verəcəyini bəyan edib:

 

"Bunları məhkəməyə verirəm. Rəhmətliyin (red: F.Kərimovanı nəzərdə tutur) həddini bildirdim. Qələt edirsiz, məni tənqid edirsiz! Ümumiyyətlə, bu kimdir axı, hamıya sataşır?! Oxumuşam, zor eləmişəm! Yenə də oxuyacam! Bunun yiyəsi, oğlu-qızı yoxdur ki, başa salsın ki, sən kimsən ki, qadağa qoyursan".

 

Xatırladaq ki, F. Kərimova verilişlərdən birində Afətə ifasına görə ağır sözlər demişdi: "Kim millətinə, xalqına "əcəb edirəm" deyirsə, onların acığına nəsə edirsə, sonra da xalqdan qazandığı pulları camaata göstərib acıq verirsə... Qızım, ayıbdır! Qadının mənliyi olmalıdır. Ay bədbəxt, ay ağılsız, kimə acıq verirsən?

 

Əllərində pul və mikrafon oxuyur. Sən bir bax gör, o pulu nəyinə, nə etdiyinə, hansı xüsusiyyətinə görə verirlər? Sən niyə Azərbaycan musiqisini o günə salırsan? "Əcəb eləyirəm" deyən sənə və sənin oğluna nə hörmət ola bilər? Vaxtında bir insan, vətəndaş kimi bu bağıra-bağıra başa salaraq durmuşdum.

 

Dediklərim indi öz yerini alır. Vətəni ürəklə sevib, ağılla qorumaq lazımdır. O xanım böyük qəbahət etdi. Azərbaycan musiqisini, onun ləyaqətini ayaqlar altına atdı. İnsanları çaşdırdı. Qulaq asdığım, hörmət etdiyim sənətçiləri özlərinə əl çaldırdı. Millət, əvvəlcə tənqid, sonra təhqir etdi. Əcəb etdi. Afət, sən özünə necə sığışdırırsan? Sən kimə sataşırsan, sənin qəhrəmanının, simanın dərisini soyurlar, sən isə belə oxuyursan”.

 

Baku.ws


OXŞAR XƏBƏRLƏR

Zaqataladakı dönərxananın sahibi danışdı: "Özüm də yemişəm, heç bir problem yoxdur"  - VİDEO

Xəbər verdiyimiz kimi, ötən gün Zaqatalada dönərdən kütləvi zəhərlənmə olub. Zəhərlənən şəxslərin hamısının şəhərin müxtəlif dönərxanalarında haz...

Tom Kruz uşaqları ilə nadir fotosessiyaya çəkildi - FOTOLAR

61 yaşlı amerikalı aktyor Tom Kruz böyük uşaqları ilə birlikdə görünüb.   Sfera.az bildirir ki, İzabella (Bella) və Konnor aktyorun Nikol Kidmanla ev...

Kapital Bank hər kəsə 200 AZN verir? - AÇIQLAMA

Sosial şəbəkə platformalarında kiberdələduzlar tərəfindən Səhiyyə Nazirliyinin dəstəyi görüntüsü ilə Kapital Bank adından saxta kampaniyalar həyata keçirilir. ...

Maradonanın “Qızıl top”u hərraca çıxarıldı

Argentinalı futbolçu Dieqo Maradonanın 1986-cı il dünya çempionatında ən yaxşı oyunçu kimi qazandığı “Qızıl top” hərraca çıxarılacaq.   S...

Zaqatalada dönərdən zəhərlənənlərin sayı 40-a çatdı - YENİLƏNDİ

Zaqatalada 10-dan artıq şəxs dönərdən zəhərlənib.   Sfera.az xəbər verir ki, zəhərlənənlərin hamısının toyuq ətindən hazırlanmış dönər yediyi mə...

Azərbaycan “Avroviziya-2024”ün finalına keçə bilmədi

İsveçin Malmö şəhərində keçirilən “Eurovision 2024” mahnı müsabiqəsində Ukrayna təmsilçiləri Alyona Alyona və Cerri Heil Eurovision 2024 finalına və...