Qaradağda nişan mərasimi keçirənlər cərimələndi
21:25 / 09.12.2020
2296
Qaradağ Rayon Polis İdarəsinin 38-ci polis bölməsi əməkdaşları rayonun Korgöz qəsəbəsində karantin qaydalarını pozaraq nişan mərasimi keçirilməsinin qarşısını alıblar.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Sfera.az-a bildiriblər ki, mərasimin təşkilatçısı Abşeron rayon sakini Elşən Verdiyev və nişan zamanı orada olan 15 nəfər barədə inzibati protokol tərtib olunub. Onların hər biri 200 manat məbləğində cərimə ediliblər.