Prezident tövsiyə etdi, deputatlar hərəkətə keçdi...

Prezident tövsiyə etdi, deputatlar hərəkətə keçdi...
 

Milli Məclisin yeni tərkibdə keçirilən ilk iclasında çıxış edən Prezident İlham Əliyev çox mühüm məsələlərə toxunub. Prezident qeyd edib ki, əvvəlki dövrlərdə bəzi deputatlar seçicilərin problem ilə maraqlanmayıb, deputat seçildikləri dairələrə baş çəkməyiblər.

 

 

 "Deputatlara tövsiyəm odur ki, onlar seçildikləri dairələrdə fəal olsunlar, seçicilərlə daim təmasda olsunlar. İndi sirr deyil, əvvəlki dövrlərdə bəzi deputatlar seçicilərdən bir qədər, yaxud da ki, tamamilə uzaqlaşmışdılar. Heç öz dairələrinə baş çəkmirdilər, problemlərlə maraqlanmırdılar. Öz şəxsi problemlərini ortaya qoyurdular. Buna da son qoyulmalıdır”, - deyə Prezident İlham Əliyev bildirib.

Bu barədə Yenisabah.az-a açıqlama verən millət vəkili Aydın Mirzəzadə bildirib ki, Prezidentin tövsiyələri hər bir deputat üçün proqram xarakteri daşımalıdır:

"Dövlət başçısının ölkədə cərəyan edən bütün proseslərdən xəbəri var. Cənab Prezidentin iradlarını hər bir deputat qəbul etməlidir. Dövlət başçımız xalqın inkişafında Parlamentin daha yüksək və yaradıcı fəaliyyətini görmək istəyir. Onun qaldırdığı məsələlər kifayət qədər ciddidir. Seçicilərlə sıx əlaqədə olmaq, problemini öyrənmək, onların həllində iştirak etmək və bir sıra məsələlər tövsiyyə edildi. Bu, şəxsən mənim üçün belə idi, bundan sonra da belə olacaq. Seçildiyim gündən mənə çoxlu sayda seçicilərim müraciət edirlər. Onların bu və ya digər məsələləri ilə bağlı müvafiq təşkilatlarla əlaqə saxlayır, problemin həlli ilə bağlı öz tövsiyəmi verir, bəzən sadəcə, məsləhət lazım olur, onu da edirəm. Mənim seçicilərlə sıx əlaqələrim var. Yaxın günlərdə Mingəçevirə gedib, seçicilərlə görüş keçirmək istəyirəm. Bunların həlli ilə bağlı mənim konkret görəcəyim işlər var. Problemlərin bir qismi ilə bağlı Baş nazir Əli Əsədovla görüş nəzərdə tutulub. Mingəçevirin bir neçə ağrılı problem var, o problemləri qaldırmaq istəyirəm. Şəhərin inkişafı ilə bağlı İqtisadi İnkişaf naziri ilə görüşəcəyəm. Şəhərin kommunikasiyasının yaxşılaşması, yeni iş yerlərinin yaradılması ilə bağlı hökumətin bir neçə üzvü ilə görüş keçirmək fikrindəyəm. Eyni zamanda aprel ayında yerli sahibkarlarla görüşüm olacaq. Deputatın vəzifəsi hər bir vətəndaşa çatmaqdır. Seçicilərin problemləri ilə maraqlanamayan deputatlara münasibətim mənfidir”. 

Millət vəkili Ceyhun Məmmədov da Yenisabah.az saytına açıqlamasında Prezident İlham Əliyevin dünən Azərbaycan dövlətinin və cəmiyyətinin gələcəyilə bağlı çox mühüm mesajlar verdiyini deyib. Ceyhun Məmmədov bildirib ki, dövlət başçısının dünənki tövsiyələri onun gələcək fəaliyyətinin əsasını təşkil edəcək:

"Təbliğat-təşviqat kampaniyası dövründə seçicilərlə sıx ünsiyyətimiz oldu. Təmsil etdiyim dairənin problemləri mənə yaxşı məlumdur. Heç bir problem diqqətimizdən kənarda qalmayacaq. İnşallah, yaxın vaxtlarda Bakı şəhərində və bölgələrdə məskunlaşan Cəbrayıldan olan məcburi köçkünlərlə görüşlərə başlayacağıq”.

Deputat Aqil Abbas ayda ən azı 2 dəfə seçiciləri ilə görüşdüyünü, problemləri imkan daxilində həll etdiyini söyləyib:

"Prezident o sözləri bütün deputatlara aid etmədi. Mən şəxsən ayda ən azı iki dəfə insanlarla görüşür, problemlərin bəzilərini yerində həll edirəm. Bəziləri ilə bağlı müvafiq qurumlara müraciət edirəm. Bəzən seçici qanunu bilmir. Haqqını tələb edir, amma qanun başqadır. Məsələn, məcburi köçkündür, deyir ki, bizə 2 ev versinlər, 3 nəfərsinizsə, 2 ev verə bilməzlər axı. Şəxsən, mən az-çox əlimdən gələni etməyə çalışıram. Məncə, seçicilərin problem ilə maraqlanmayan adamlar bu dəfə deputat seçilmədilər”. 


OXŞAR XƏBƏRLƏR

Zob xəstəliyinin ƏSAS ƏLAMƏTLƏRİ: Niyə daha çox qadınlarda rast gəlinir? 

Zob xəstəliyi qalxanabənzər vəzinin xəstəliyidir.   Sfera.az bildirir ki, bu barədə TƏBİB məlumat bölüşüb. Qeyd olunub ki, vəzin ifraz etdiyi hormonl...

KİV: "Blinken İsrailə səfər edəcək"

ABŞ dövlət katibi Entoni Blinken İsrailə səfər edəcək.   Sfera.az xəbər verir ki, bu barədə İsrail mediası xəbər yayıb.   Medianın x...

6 kənddə işıq OLMAYACAQ - XƏBƏRDARLIQ

Bu gün Masallı rayonunun 6 kəndində enerji verilişində fasilə yaranacaq.   Bu barədə Sfera.az-a “Azərişıq” ASC-dən məlumat veri...

Prezident: "Enerji təhlükəsizliyi məsələsi əhəmiyyətinə görə milli təhlükəsizliyə bərabər olmalıdır"

Enerji təhlükəsizliyi məsələsi əhəmiyyətinə görə milli təhlükəsizliyə bərabər olmalıdır. Burada hər hansı ayrı-seçkiliyə yol verilməməlidir.   Sfera....

Türk Dövlətləri parlamentlərinin Beynəlxalq Münasibət Komitələrinin birgə iclası keçirilib – FOTOLAR

Bu gün Milli Məclisdə Türk Dövlətləri parlamentlərinin Beynəlxalq Münasibət Komitələrinin birgə iclası keçirilib.   Sfera.az xəbər verir ki, iclası g...

İlham Əliyev: "Bizim yaşıl enerji layihələrimiz xarici investorlar tərəfindən maliyyələşdirilir"

Bizim yaşıl enerji layihələrimiz xarici investorlar tərəfindən maliyyələşdirilir. Biz, sadəcə, bu sərmayələr üçün müvafiq münbit iqlim yaradırıq.   S...