“Post-Putin dönəminə aktiv hazırlıq gedir” – Rusiyada sensasion gəlişmə

“Post-Putin dönəminə aktiv hazırlıq gedir” – Rusiyada sensasion gəlişmə
"Rusiyada post-Putin dönəminə aktiv hazırlıq gedir”.

Sfera.az xəbər verir ki, bunu ReAl partiyası sədrinin müavini Natiq Cəfərli deyib.

Partiya yetkilisi Rusiyanın ictimai-siyasi həyatında baş verənlərə diqqət çəkib:

"Rusiyada bu il Dumaya seçki ilidir, çox maraqlı, hadisələrlə dolu bir il olacaq. Aydın görünür ki, siyasi, hərbi elitanın bir qismi Putindən bezib, Navalnıya kömək edirlər, onu Putinə qarşı "torpedo”ya çevirirlər, "Çar”ın evi üzərində uçuşa qadağa bölgədə dronla çəkiliş etmək, bir çox məsələlərlə bağlı dəqiq məlumatları əldə etmək təsadüf deyil. Bundan sonra Putinə qarşı yeni kompromatlar ötürüləcək, yeni sensasiyaların şahidi olacağıq.

Artıq gənc nəsil də yetişib ki, onlar Rusiyanı başqa cür görürlər, onlar daha çox avropalıdırlar, Putin rejimi sıxdıqca bu əks-effekt verir”.

Natiq Cəfərli müxalifət lideri Aleksey Navalnının ciddi siyasi obraza çevrildiyini söyləyib:

"Navalnı artıq şəxs deyil, obrazdır, alətdir, simvoldur, onun seçkiyə əsaslanmış dəyişiklik taktikası çox doğrudur. Əslində post-sovet məkanı üçün də örnəkdir. İstənilən halda seçkini boykot etmək ən mənasız iş olduğu bir daha sübut olundu.

Rusiyada post-Putin dönəminə aktiv hazırlıq gedir, biz də bunu anlamalı, daxili və xarici siyasətdə bu amili nəzərə almalıyıq. Kremldə kimin oturmağından asılı olmayaraq Şimaldan təhlükələr həmişə olacaq - deməli, daha güclü, daha dayanıqlı, daha demokratik olmağa borcluyuq ki, təhlükələri önləyə bilək”.

OXŞAR XƏBƏRLƏR

Sabah 32 dərəcə isti OLACAQ

Bakıda və Abşeron yarımadasında aprelin 27-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir.   Milli Hidrometeorologiya Xidmətindən Sfera.az-a...

Zob xəstəliyinin ƏSAS ƏLAMƏTLƏRİ: Niyə daha çox qadınlarda rast gəlinir? 

Zob xəstəliyi qalxanabənzər vəzinin xəstəliyidir.   Sfera.az bildirir ki, bu barədə TƏBİB məlumat bölüşüb. Qeyd olunub ki, vəzin ifraz etdiyi hormonl...

KİV: "Blinken İsrailə səfər edəcək"

ABŞ dövlət katibi Entoni Blinken İsrailə səfər edəcək.   Sfera.az xəbər verir ki, bu barədə İsrail mediası xəbər yayıb.   Medianın x...

6 kənddə işıq OLMAYACAQ - XƏBƏRDARLIQ

Bu gün Masallı rayonunun 6 kəndində enerji verilişində fasilə yaranacaq.   Bu barədə Sfera.az-a “Azərişıq” ASC-dən məlumat veri...

Prezident: "Enerji təhlükəsizliyi məsələsi əhəmiyyətinə görə milli təhlükəsizliyə bərabər olmalıdır"

Enerji təhlükəsizliyi məsələsi əhəmiyyətinə görə milli təhlükəsizliyə bərabər olmalıdır. Burada hər hansı ayrı-seçkiliyə yol verilməməlidir.   Sfera....

Türk Dövlətləri parlamentlərinin Beynəlxalq Münasibət Komitələrinin birgə iclası keçirilib – FOTOLAR

Bu gün Milli Məclisdə Türk Dövlətləri parlamentlərinin Beynəlxalq Münasibət Komitələrinin birgə iclası keçirilib.   Sfera.az xəbər verir ki, iclası g...