Paşinyanın pandemiya dövründəki uğursuz siyasəti və bunun acı nəticələri

Paşinyanın pandemiya dövründəki uğursuz siyasəti və bunun acı nəticələri
 Artıq 6 aydır ki, bütün dünya koronavirus pandemiyasına qarşı ciddi mübarizə aparır. Pandemiyanın elan olunduğu gündən etibarən Azərbaycan Prezidenti ölkədə bir sıra önləyici tədbirlərin görülməsi ilə bağlı ciddi tapşırıqlar vermişdi. Danılmaz faktdır ki, bir sıra inkişaf etmiş ölkələrdə ərzaq, dərman, qoruyucu və dezinfeksiyaedici məhsulların qıtlığı yaşanarkən, bizim ölkəmizdə bu problem yaşanmadı. Amma gəlin görək, qonşu və təcavüzkar Ermənistanda vəziyyət necədir? Bu sualın bir cavabı var: çox acınacaqlı və xaotik. İşğalçı ölkədə vəziyyət tamamilə nəzarətdən çıxıb. Bu acınacaqlı vəziyyət Ermənistanın işğalçılıq siyasətinin nəticəsidir.

Azərbaycanla müqayisə edəndə görürük ki, əhalisi 10 milyon 140 min nəfər olan Azərbaycanda yeni növ koronavirusa yoluxma sayı 11 min 329 nəfərdirsə, əhalisi cəmi 2 milyon 961 min nəfərdən ibarət olan Ermənistanda bu göstərici 18 min 698 nəfərə çatıb. Hazırda Azərbaycanda virusa yoluxma ilə əlaqədar müalicə alanların sayı 4 min 998 nəfərdirsə, Ermənistanda 10 min 728 nəfər müalicə olunur. Bu siyahını kifayət qədər artırmaq mümkündür.

Ermənistan bu günə qədər pandemiya ilə mübarizə çərçivəsində heç bir ölkəyə yardım etməyib. Azərbaycan isə Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon dollar yardım edib. Bundan başqa, 30-a yaxın ölkəyə humanitar dəstək göstərilib. Bu ölkələrin arasında İran, Çin, İtaliya, Macarıstan, Özbəkistan, Bosniya və Herseqovina, Xorvatiya, Qırğızıstan, Pakistan, Moldova da var. Bu faktın özü Ermənistanın xarici yardıma möhtac ölkə olduğunu və beynəlxalq aləmdə də belə qəbul edildiyini ortaya qoyur.

Təsadüfi deyil ki, Ermənistanda koronavirus pandemiyasının geniş yayıldığı son günlərdə KİV-də Nikol Paşinyan hədəf olaraq seçilib və onun məsuliyyət daşıdığı bildirilir. Bu xəbərlərdə əsasən pandemiyanın ilk ayında Paşinyanın məsələyə münasibəti xüsusi tənqid olunur. Qeyd edilir ki, Ermənistan müstəqilliyini elan edəndən bu günə qədər bütün demokratiya çağırışlarına baxmayaraq, qərarları bir nəfər - prezident, indi isə baş nazir Paşinyan verir, kollektiv qərar vermə mexanizmi ölkədə heç bir zaman olmayıb. Böyük bir ehtimalla yaxın gələcəkdə Paşinyan siyasi məsuliyyəti baş nazirin müavini Tiqran Avinyana və səhiyyə naziri Arsen Torosyana yükləyəcək. Mart və aprel aylarında qonşu ölkələr pandemiyaya qarşı tədbirlər alarkən Paşinyanın başı siyasi rəqibi Konstitusiya Məhkəməsinin sədri Hrayr Tovmasyanı vəzifəsindən uzaqlaşdırmaq üçün konstitusiya referendumu keçirməyə qarışmışdı.

Ermənistanda koronavirus pandemiyasının geniş yayıldığı dövrdə tətbiq edilən məhdudiyyətlərə görə ölkə iqtisadiyyatının iflic vəziyyətinə düşəcəyi ehtimalı daha da artır və ekspertlər bu barədə fikirlərini bildirirlər. Artıq ölkədə koronavirusa yoluxanların sayı o qədər artıb ki, alınan karantin tədbirləri belə arzu edilən nəticəni verməyəcək. Son aylarda hökumətin tətbiq etdiyi antiböhran

proqramı maliyyə cəhətdən yetərli deyil və vətəndaşlar üçün ciddi nəticə vermir, onların sosial-iqtisadi problemlərini həll etmir.

Fatimat Əliyeva

Nəsimi rayon təhsil işçisi

OXŞAR XƏBƏRLƏR

Su və duzla işləyən kompüter beyni yaradılıb

Hollandiyanın Utrext Universitetinin nəzəri fizikləri su və duzla işləyən süni sinaps yaratmağa müvəffəq olub və bu, beyinlə eyni mühitdən istifadə edə bilən ko...

Dünyanın ən isti səhrasının altında gizli ekosistem aşkar edildi

Alimlər dünyanın ən quraq və ən isti səhrasının altında dörd metr dərinlikdə gizli ekosistem aşkar ediblər.   Sfera.az xəbər verir ki, bu barədə "...

Qlobal yaşıl enerjiyə keçidin qiyməti açıqlandı

Qlobal yaşıl enerjiyə keçid 2030-cu illərin ortalarına qədər hər il dörd trilyon dollar tələb edəcək. Sfera.az "CNBC"yə istinadən xəbər verir ki,...

Yaponiyada bu məşhur dağı turistlərdən gizlətməyə qərar verdilər 

Yaponiyada Fujikavaquçiko şəhəri  əxlaqsız turist axını ilə mübarizə aparmaq qərarına gəlib.  Sfera.az bildirir ki, yaponlar məşhur Fuji dağının ...

Meymun sürüsü portağal daşıyan avtomobili qarət etdi - VİDEO

Tailandın bir şəhərində meymun sürüsü içərisində portağal olan avtomobilə hücum edib.    Sfera.az bildirir ki, görüntülərdə meymunların ağ pikap...

Milyarderin milyon dollarlıq evi buldozerlə söküldü - FOTO

Milyarder Barri Sternliçtin Nantuket adasındakı (Massaçusets, ABŞ) çimərlik evi buldozerlərlə sökülüb. Buna səbəb isə güclü torpaq eroziyası və əmlaka ziyan vur...