Logo

Şükufə Yusupova evə buraxıldı

Şükufə Yusupova evə buraxıldı
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Xalq artisti Şükufə Yusupova evə buraxılıb.

Sfera.az xəbər verir ki, bu barədə qafqazinfo-ya Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.

Bildirilib ki, aktrisanın müalicəsi evdə davam etdiriləcək:

“Avqustun 25-də Yeni Klinikaya hospitalizasiya olunan 1954-cü il təvəllüdlü şəxsə (qadın) zəruri tibbi xidmət göstərilib və stasionar müalicəsi yekunlaşıb. Pasiyent 16 sentyabrda ambulator müalicə üçün evə buraxılıb”.

Qeyd edək ki, avqustun 22-si 72 yaşlı aktrisa yolu keçərkən avtomobillə vurulub. Dərhal hospitalizasiya edilən pasiyentə çanaq və qabırğanın sınıqları diaqnozları təyin olunmuşdu.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR