Mövsümi qriplə mübarizə necə aparılmalıdır? - İnfeksionist

Mövsümi qriplə mübarizə necə aparılmalıdır? - İnfeksionist
Qış aylarında və ya mövsümi keçidlərdə insanların ən böyük problemlərindən biri qripdir. Mövsümi qrip xüsusilə tənəffüs və qan dövranı sisteminə təsir edir və bütün orqanlarda müxtəlif zədələnmələrlə müşahidə edilir.

Sfera.az xəbər verir ki, bunu açıqlamasında pediatr-infeksionist Aytən Ziyadova deyib.

Onun sözlərinə görə, ümumi bədən müqaviməti güclü olduğu təqdirdə mövsümi qripin ciddi fəsadları yaranmır: "Lakin yaşlılarda, yenidoğulanlarda, immun sistemini zəiflədən xroniki xəstəliklərə, qan dövranı və tənəffüs sistemi xəstəliklərinə malik insanlarda mövsümi qrip son dərəcə ağır fəsadlarla nəticələnə bilər. Bu səbəbdən zamanında qrip əleyhinə peyvənd olunmağı tövsiyə edirik".

Həkim, həmçinin qeyd edib ki, qripdən qorunmaq üçün mütləq bir sıra simptomlara diqqət etməliyik: "Tənəffüs zamanı yaranan çətinlik, yüksək hərarət, boğazda yanma və ya ağrı hissi, baş ağrısı, həddən artıq yorğunluq qrip əlamətləri sayılır. Bir çox insan mövsümi qripə laqeyd yanaşır, həkimə getmə ehtiyacı duymur. Lakin bu, çox yanlış yanaşmadır. Mövsümi qrip son dərəcə ağır və riskli keçirilə bilən xəstəlikdir. Bu səbəbdən qış fəslinin əvvəlində mütəxəssislərin məsləhəti ilə qrip əleyhinə peyvəndin vurulmasını tövsiyə edirik. Bu üsulla qripə səbəb olacaq viruslara qarşı orqanizm özünü bir il müddətində müdafiə edə bilər”.
 
(Trend)

OXŞAR XƏBƏRLƏR

Səfir: "Ermənistanın basdırdığı minalar öz vətəndaşlarının həyatını da təhlükəyə atır"

Ermənistanın basdırdığı minalar öz vətəndaşlarının həyatını da təhlükə altına qoyur.   Sfera.az xəbər verir ki, bu barədə Azərbaycanın İrandakı səfir...

Bakıda 21 yaşlı model faciəvi şəkildə ÖLDÜ - FOTO

Bakıda gənc qız dəm qazından boğulub.   Sfera.az xəbər verir ki, Nəsimi rayonu Moskva prospektindəki evdə yaşayan 2003-cü il təvəllüdlü Kamilə Həsəno...

İlham Əliyev Berlində XV Petersberq İqlim Dialoqunun Yüksək Səviyyəli Seqmentində ÇIXIŞ EDİR - YENİLƏNDİ - 2 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 26-da Berlində keçirilən XV Petersberq İqlim Dialoqunun Yüksək Səviyyəli Seqmentində çıxış edir. &...

Rusiyanın “GÖZÜ DÖNÜB”: “Ukrayna üçün çətin dövr başlayır” 

“Rusiya yaxın günlərdə Ukrayna ərazisinə hücumları gücləndirəcək”.   Bu barədə ABŞ-nin Müharibə Araşdırmaları İnstitutunun son hesabatın...

Blinken çinli həmkarı ilə Ukraynanı müzakirə edəcək

ABŞ-nin dövlət katibi Antoni Blinken Pekində çinli həmkarı Van İ ilə görüşüb.   Sfrera.az-ın “Reuters“ə istinadən xəbərinə görə, bağlı qa...

Leysan nəticəsində həbsxanadan 118 məhbus QAÇDI

Nigeriyanın paytaxtı Suleja yaxınlığında leysan yağışlar nəticəsində həbsxanadan 118 məhbus qaçıb.   Sfera.az xəbər verir ki, bu barədə “Ntv H...