Minalanmış ərazilərin xəritəsi bu halda verilə bilər - BMTM sədri açıqladı

Minalanmış ərazilərin xəritəsi bu halda verilə bilər - BMTM sədri açıqladı
"İkitərəfli gündəmdə olan məsələlər çərçivəsində minalanmış ərazilərin xəritəsinin təqdim edilməsi mümkün ola bilər".
 
Bunu Sfera.az-a açıqlamasında Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin sədri Fərid Şəfiyev bildirib. F.Şəfiyev bu istiqamətdə Ermənistana təzyiq edilməli olduğunu bildirib:

"Avropa məhkəməsi minalanmış ərazilərin xəritəsinin verilməsi ilə bağlı göndərdiyimiz məktuba müsbət cavab verməlidir. Ermənistanı buna məcbur etməklə bağlı bizim müraciətimiz beynəlxalq müstəvidədir. Biz 30 ildə xəritənin verilməsi ilə bağlı çağırışlar etmişik, addımlar atmışıq. İndiki məqamda bu problemin həlli üçün Ermənistana təzyiqlərin artırılması mütləqdir. Azərbaycanın bunun üçün hazırda gücü və potensialı yetərincədir". 

BMTM sədri beynəlxalq təşkilatların Azərbaycanın "hərbi əsirləri” geri qaytarması ilə bağlı çağırışına da münasibət bildirib. F.Şəfiyev bu istəyin reallaşması üçün ilk olaraq Ermənistanın addım atmalı olduğunu deyib:

"Xəritənin Azərbaycana verilməsi üçün qəti həlledici qurum yoxdur. BMT-nin Baş Assambleyasına bu məsələni çıxarmaq olar. Təhlükəsizlik Şurasında problemi səsləndirsək, nəticə olmayacaq. Çünki burada Fransa, Rusiya yer alır ki, onlar da Ermənistan tərəfindən çıxış edir. İndi mənzərə ondan ibarətdir ki, beynəlxalq təşkilatlar Ermənistandan çox bizə çağırış edir ki, erməni "hərbi əsirləri” geri qaytaraq. Əgər Ermənistan bu yöndə bizdən müsbət hərəkət gözləyirsə, özü də müvafiq addım atmalıdır". 

Qeyd edək ki, işğaldan azad olunan ərazilərin minalanması nəticəsində hələ də itki verməkdəyik. Belə ki, bu gün Azərbaycan Televiziyasının operatoru, 1989-cu il təvəllüdlü Sirac Abışov və AZƏRTAC-ın əməkdaşı, 1982-ci il təvəllüdlü Məhərrəm İbrahimov (Əlioğlu) Kəlbəcər rayonunda xidməti vəzifələrini yerinə yetirərkən minaya düşərək həlak olublar. Hadisə nəticəsində 3 nəfər isə yaralanıb. 

10 noyabr 2020-ci il tarixdən hazırkı vaxtadək işğaldan azad edilmiş ərazilərdə minaya düşmələri nəticəsində 7 hərbi qulluqçu, 20 mülki şəxs həlak olub, 86 hərbi qulluqçu, 29 mülki şəxs isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.


Əzizə Zeynal
Sfera.az 


OXŞAR XƏBƏRLƏR

KİV: "Blinken İsrailə səfər edəcək"

ABŞ dövlət katibi Entoni Blinken İsrailə səfər edəcək.   Sfera.az xəbər verir ki, bu barədə İsrail mediası xəbər yayıb.   Medianın x...

6 kənddə işıq OLMAYACAQ - XƏBƏRDARLIQ

Bu gün Masallı rayonunun 6 kəndində enerji verilişində fasilə yaranacaq.   Bu barədə Sfera.az-a “Azərişıq” ASC-dən məlumat veri...

Prezident: "Enerji təhlükəsizliyi məsələsi əhəmiyyətinə görə milli təhlükəsizliyə bərabər olmalıdır"

Enerji təhlükəsizliyi məsələsi əhəmiyyətinə görə milli təhlükəsizliyə bərabər olmalıdır. Burada hər hansı ayrı-seçkiliyə yol verilməməlidir.   Sfera....

Türk Dövlətləri parlamentlərinin Beynəlxalq Münasibət Komitələrinin birgə iclası keçirilib – FOTOLAR

Bu gün Milli Məclisdə Türk Dövlətləri parlamentlərinin Beynəlxalq Münasibət Komitələrinin birgə iclası keçirilib.   Sfera.az xəbər verir ki, iclası g...

İlham Əliyev: "Bizim yaşıl enerji layihələrimiz xarici investorlar tərəfindən maliyyələşdirilir"

Bizim yaşıl enerji layihələrimiz xarici investorlar tərəfindən maliyyələşdirilir. Biz, sadəcə, bu sərmayələr üçün müvafiq münbit iqlim yaradırıq.   S...

“İsrail birinci mərhələdə 20 girovu azad etməyə hazırdır” - “The Times of Israel”

“İsrail razılaşmanın birinci mərhələsində 20 girovu azad etməyə hazırdır”.   Sfera.az xəbər verir ki, bu barədə “The Times of Israe...