Milli bayramımızın adı niyə farscadır? – Deputat Novruzla bağlı ilginc məqamları açıqladı

Milli bayramımızın adı niyə farscadır? – Deputat Novruzla bağlı ilginc məqamları açıqladı
Adətən əksəriyyət tez-tez sual edir ki, niyə bizim milli bayramımızın adı farscadır. Yəni Nev –yeni , Ruz – gün , "Nevruz” yeni  gündürsə, niyə elə doğma türkcəmizdə ifadə etmirik.
 
Sfera.az xəbər verir ki, bununla bağlı Milli Məclisin deputatı, "Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu açıqlama verib. O, məsələnin əslində necə olduğundan söz açıb:
 
"Biz "Erkenekon” dastanımızdan bilirik ki , dünyanın ən böyük tonqalını juan-juanların təhdidindən 300 il yaşadığımız dar və sərt dağlarla əhatəli olan ərazidən çıxmaq üçün yandırırdıq.Yəni dəmir filizlə zəngin olan dağın üzərində tonqal qalayıb , onu əridərək özümüzə yol açdıq. Məhz yaz gecə-gündüz bərabərləşməsi günü , yəni mart ayının 21-də azadlığa çıxıdıq. Və juan-juanlara elə divan tutduq ki , ondan sonra heç bir tarixi mənbədə juan adı çəkilmədi. Erkenekondan çıxdığımız günü  Erkən – Kun (erkən –ilk , yeni , kun isə- gün deməkdir ) milli tariximizin yeni günü , əsarətdən qurtarmağımızın ilk günü adlandırdıq. Şəninə Erkənəkon dastanını yaratdıq. Bu günü heç unutmadıq, hər il bayram etdik, Zəfər bayramı.
 
Farslar və bəzi digər  qonşu xalqlar da bizim  coşquyla qutladığımız bu milli bayramı bayram etməyə başladılar . Sonradan Erkən- Kun  sözünü öz dillərinə hərfi tərcümə edərək Nev-Ruz dedilər. Biz də orta əsrlərdə fars dilinin üstünlüyü sayəsində eyni adı mənimsədik”.
 
Deputat qeyd edib ki, bir az da tarixin dərinliklərinə endikdə qarşımıza daha maraqlı faktlar çıxır:
 
"Bəlli olur ki, qədim türklər Erkənəkondan çıxma tarixlərini düşünülmüş olaraq daha əvvəllər qeyd etdikləri yaz gecə-gündüz bərabərləşməsilə başlayan Yeni İl bayramları ilə üst-üstə salıblar. Bu isə əslində şumerlərdən, yəni kengerlərdən gələn yeni il təqvim dəyişməsi hadisəsilə birbaşa əlaqədar imiş. Tədqiqatçı alim, şümeroloq Tariyel Azərtürk yazır ki , şumerlər "İstər Bayramı” adlı bayram keçirirdilər və bu 21 mart yaz  gecə-gündüz bərabərləşməsi vaxtı qeyd olunurdu. Bu bayram yazın gəlişi və təsərrüfat işlərinin başlaması ilə əlaqədar olaraq həm də Tengirdən (Tengridən – Tanrıdan)  ruzi-bərəkət istəmə ritualları ilə müşaiyət olunurdu. Məsələn, günəşli günlər arzu edərkən "Kosa” personajı, yaşıllıq yəni bolluq arzu edərkən "Bahar Qız” personajları da fikrimcə,  qədim şumerlərdən gələn və bu gün də davam edən bayram ənənəmiz o dövrdə isə əslində dini ritualımız imiş.
 
Yəni Tingirdən bərəkət istədiyimizə görə, bayrama da "İstər” adı verərək feldən isim düzəltmişik. Bu isə sözyaratma üslubu da dilimizin qrammatik qanunauyğunluqları ilə birbaşa əlaqədar olmaqla hazırkı dil qaydalarımızla da uzlaşır. Sonralar qlobal iqlim dəyişikliyi nəticəsində kəngərlər (şumerlər) Yaxın Şərq və Qafqazlar üzərindən Asiyanın dərinliklərinə köç etməli oldular və orada da öz adət və ənələrini yaşatdılar. Elə həmin vaxtlarda da Hindistanın şimalından arilər Mesapotomiyaya köç etdilər. Sonralar Kəngərlər artıq "Türk” adı ilə Mesapatomiyaya qayıdanda yeni qonşuları ilə tanış oldular və gəlmə adlandırıldılar . Halbuki, biz qoyub getdiyimiz Vətənimizə dönmüşdük . Erkən- Kun  Bayramımızı da özümüzlə geri gətirmişdik”.
 
Günay Rəsulqızı
Sfera.az


OXŞAR XƏBƏRLƏR

500 milyard parametrli süni intellekt yaradılacaq

Microsoft özünün ən böyük süni intellekt (AI) modelini inkişaf etdirəcək. Sfera.az xəbər verir ki, bu barədə “The Information” məlumat yayıb. ...

Özlərini özəl hiss edirlər: Eyni cinsdən dördəmləri oldu - FOTO

Texaslı (ABŞ) Mercedes Sandhu çox nadir eyni dördəmlər dünyaya gətirib. Körpələr xəstəxanadadır, qidalanma borusu vasitəsilə qida alır və xüsusi aparat vasitəsi...

“Çərşənbə”nin ikinci mövsümünün çəkilişləri başladı: Əsas aktyorlardan biri olmayacaq 

Məşhur “Netflix” serialının ikinci mövsümünün çəkilişlərinə başlanılıb. Bu barədə aparıcı aktrisa Cenna Orteqa İnstaqram səhifəsində məlumat verib. ...

24.000 illik körpə qalıqları insan tarixini yenidən yazdı

Təxminən 24500 il əvvəl Portuqaliyanın mərkəzindəki Lapedo vadisində 4 yaşlı uşaq kəfənə bükülmüş şəkildə dəfn edilib. Alimlərin kəşf etdiyi kimi, bu uşaqda həm...

Faşizm üzərində qələbədən 79 il ötür

Bu gün alman faşizmi üzərində tarixi qələbədən 79 il keçir.   Sfera.az xatırladır ki, faşizm üzərində qələbə Azərbaycanda da rəsmi dövlət bayramı kim...

Putinlə Paşinyanın görüşü başladı

Kremldə Rusiya Prezidenti Vladimir Putinlə Ermənistanın Baş naziri Nikol Paşinyanın görüşü keçirilir.   Sfera.az xəbər verir ki, bu barədə Kremlin mə...