“Məskunlaşma əraziləri bu il ərzində təmizlənəcək, amma...” – Qarabağda mina partlayışları susacaqmı?

“Məskunlaşma əraziləri bu il ərzində təmizlənəcək, amma...” – Qarabağda mina partlayışları susacaqmı?
Vətən müharibəsi yekunlaşdıqdan sonra hərbi qulluqçularımızın və yerli əhalinin minaya düşərək həyatını itirdiyinə şahidlik edirik. Minatəmizləmə prosesi davam etsə də hələ də vəziyyət riskli olaraq qalır.

Bəs, işğaldan azad olunan ərazilərimizin minadalardan tam şəkildə təmizlənməsi nə zaman mümkün olacaq?

Mövzu ilə bağlı Sfera.az-a danışan hərbi ekspert Ramil Məmmədli minatəmizləmə prosesin tam yekunlaşması üçün 10 ildən çox zaman kəsiyinə ehtiyac olduğunu bildirib:

"1991-ci ildən aktiv hərbi əməliyyatlar başladıqdan sonra hər iki tərəf ərazilərdə minalanma işləri həyata keçirib. İşğaldan azad olunan ərazilərdə isə minalanma prosesini Ermənistan ordusu reallaşdırıb. Bu prosesin özü də bir neçə mərhələdə həyata keçirilib. 90-cı illlərin əvvələrindən 94-cü ilədək olan dövr və sonrakı dövr.

Eyni zamanda Vətən müharibəsində məğlub olan ermənilər ərazilərimizi yenidən minalayıb geri çəkildilər. Bu minalanma prosesi də hər hansı plana uyğun deyil, dağınıq şəkildə, qarşı tərəfin hərbi qulluqçularına zərər vurmaq məqsədilə həyata keçirilib. Bu yaxınlarda hökumət nümayəndələri və "Qarabağ” futbol klubu Ağdam şəhərində - İmarət stadionunda simvolik oyun keçirdi. Həmin dövrdə Ağdam məscidi, İmarət stadionu və Ağdam Şəhidlər Xiyabanı ərazisi minalardan təmizləndi. Həmin ərazilərdən təmizlənən mina və partlayıcıların sayı 8000-dən çox idi. Bu say normaldan 100 dəfə çoxdur və təmizləmə prosesinin nə qədər uzun çəkəcəyinə işarədir”.

Hərbi ekspert 2021-ci il ərzində məskunlaşma məntəqələrində minatəmizləmə prosesinin yekunlaşa biləcəyini də qeyd edib:

"Hərbi təyinatlılar və ANAMA təşkilatı tərəfindən həyata keçirilən minatəmizləmə prosesi hələ illərlə davam edəcək. Lakin yaşayış məntəqələrinin minalardan təmizlənməsi yəqin ki, 2021-ci ildə müəyyən qədər yekunlaşa bilər. İkinci Dünya müharibəsi gedən bəzi ölkələrdə bu gün də partlayıcı maddələr aşkarlanır. Bu baxımdan əhalinin məskunlaşdırılması məsələsini də arxa plana atmaq olmaz. Lakin əsas məsuliyyət insanlarımızın üzərinə düşür. Bu ərazilərdə fəaliyyət göstərəcək, yaşayacaq şəxslər maksimum dərəcədə diqqətli olmalıdırlar”.

Sfera.az
Əzizə Zeynal

 


OXŞAR XƏBƏRLƏR

Sabah 32 dərəcə isti OLACAQ

Bakıda və Abşeron yarımadasında aprelin 27-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir.   Milli Hidrometeorologiya Xidmətindən Sfera.az-a...

Zob xəstəliyinin ƏSAS ƏLAMƏTLƏRİ: Niyə daha çox qadınlarda rast gəlinir? 

Zob xəstəliyi qalxanabənzər vəzinin xəstəliyidir.   Sfera.az bildirir ki, bu barədə TƏBİB məlumat bölüşüb. Qeyd olunub ki, vəzin ifraz etdiyi hormonl...

KİV: "Blinken İsrailə səfər edəcək"

ABŞ dövlət katibi Entoni Blinken İsrailə səfər edəcək.   Sfera.az xəbər verir ki, bu barədə İsrail mediası xəbər yayıb.   Medianın x...

6 kənddə işıq OLMAYACAQ - XƏBƏRDARLIQ

Bu gün Masallı rayonunun 6 kəndində enerji verilişində fasilə yaranacaq.   Bu barədə Sfera.az-a “Azərişıq” ASC-dən məlumat veri...

Prezident: "Enerji təhlükəsizliyi məsələsi əhəmiyyətinə görə milli təhlükəsizliyə bərabər olmalıdır"

Enerji təhlükəsizliyi məsələsi əhəmiyyətinə görə milli təhlükəsizliyə bərabər olmalıdır. Burada hər hansı ayrı-seçkiliyə yol verilməməlidir.   Sfera....

Türk Dövlətləri parlamentlərinin Beynəlxalq Münasibət Komitələrinin birgə iclası keçirilib – FOTOLAR

Bu gün Milli Məclisdə Türk Dövlətləri parlamentlərinin Beynəlxalq Münasibət Komitələrinin birgə iclası keçirilib.   Sfera.az xəbər verir ki, iclası g...