Məşhur iş adamına məxsus şirkətin 4 milyon vergi borcu var

Məşhur iş adamına məxsus şirkətin 4 milyon vergi borcu var
Məşhur iş adamı Loğman Zülfüqarlıya məxsus "Bakı İnşaat Sənaye” ASC-nin bu günə 3 985 853 manat vergi borcu olduğu müəyyənləşib.

Sfera.az bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir.

Bu arada mətbuatda vergi orqanlarının sözügedən səhmdar cəmiyyətdə yoxlamalar aparması, milyonlarla manat vergidənyayınma faktının aşkar olunması, müəssisə sahibinin cərimələnməsi və ölkədən çıxışının qadağan edilməsi barədə məlumatlar yayılıb. Loğman və Nürəddin Zülfüqarlı qardaşlarının 2002-ci ildə "Bakı Elektroştamp”, 2003-cü ildə isə "Bakı Poladtökmə” zavodunun səhmələrini qanunsuzluqla ələ keçirmələri, 2005-ci ildə isə həbslə üzləşdiyi bildirilir.

Xatırladaq ki, "Bakı İnşaat Sənaye” 2004-ci ildə yaradılıb. Şirkət tikinti və digər sahələrdə istifadə edilən qara metal məmulatlarından künclük, şveller, dördbucaq, dairəvi və müxtəlif fasonlu dəmir məhsulları, mismar və məftillər hazırlayır.(Report)

OXŞAR XƏBƏRLƏR

Yeməklərə duz əlavə edənlərə mədə xərçəngi XƏBƏRDARLIĞI

Qidaya əlavə duz tökmək mədə xərçəngi riskini 41 faiz artırır.   Sfera.az xəbər verir ki, əvvəlki tədqiqatlarda duz istehlakı demans və tip 2 diabet ...

Ancelina Coli övladları ilə atalarının arasını pozmaqda ittiham edildi

Bred Pitt və Ancelina Colinin keçmiş cangüdəni Toni Uebb Los-Anceles Ali Məhkəməsinə təqdim etdiyi sənədlərə əsasən, aktrisanın övladlarını atalarından qaçırmaq...

Meriyanın pəncərəsindən atılan qab qadının başına düşdü: Xəstəxanalıq oldu

Korfu adasının (Yunanıstan) sakinləri Pasxanı bayramdan əvvəlki şənbə günündə eyvanlarından gil qablar ataraq qeyd edirlər. Bu “botides” adlanan adə...

Ana və qızı üç aydır “McDonald's”da yaşayır: "İşçi heyət bizə yaxşı münasibət göstərir"

Braziliyada 64 yaşlı Suzanne Paula Muratori Jeremiah və qızı 31 yaşlı Bruna borca ​​görə evlərindən qovulub. Artıq üç aydır ki, onlar “McDonald's&rdqu...

Alimlər fillərin jest və səslərinin dilini deşifrə ediblər

Vyana və Portsmut Universitetlərinin beynəlxalq alimlər qrupu Zimbabvedəki Yafuta Təbiət Qoruğunun əməkdaşlarının iştirakı ilə fillərin jest və səslərinin dilin...

Yüzlərlə fəal Almaniyadakı “Tesla” zavoduna hücum etdi

Yüzlərlə fəal Almaniyanın Qrünheide şəhərindəki “Tesla GigaBerlin” zavoduna hücum edir, bəziləri fabrikin ərazisinə daxil olmağa çalışır. Alman poli...