“Mənim sözlərimdən sonra işlər daha da sürətlənəcək”

“Mənim sözlərimdən sonra işlər daha da sürətlənəcək”

“Mən sizi görməyimə çox şadam. Yenidən Cəlilabad rayonunda olmağımdan da çox şadam. Bilirsiniz ki, mən Prezident kimi dəfələrlə Cəlilabad rayonunda olmuşam. Bu, mənim yeddinci səfərimdir və bütün səfərlərdə çox yaxşı tədbirlərdə iştirak etmişəm”. 

Sfera.az Trend-ə istinadən xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Cəlilabad rayonuna səfəri çərçivəsində sakinlərlə görüşündə deyib.

Prezident rayon əhalisinin böyük əksəriyyətinin qəsəbələrdə, kəndlərdə yaşadığına görə yolların, o cümlədən kənd yollarının yenidən qurulmasının vacibliyini qeyd edib:

“Əlbəttə ki, gələcəkdə kənd yollarının tikintisi davam etməlidir, çünki hələ ki buna ehtiyac var və Cəlilabad böyük rayondur. Bir çox yaşayış məntəqələri var, əhali də böyükdür. Ona görə Cəlilabada daim yüksək səviyyədə diqqət göstəriləcəkdir.

Bir neçə il bundan əvvəl göstəriş verilmişdir ki, iri fermer təsərrüfatları yaradılsın və onlardan artıq 19-u yaradılmışdır. Biri də bu gün açılıbdır. Burada həm iş yerləri açılır, eyni zamanda, yeni bir kənd təsərrüfatı sistemi formalaşır”.

İlham Əliyev bu ilin Azərbaycanda “Kənd təsərrüfatı ili” elan edildiyini xatırladıb və kənd təsərrüfatının 7 faizdən çox artığını bildirib:

“Hər bir ölkə üçün ərzaq təhlükəsizliyi ən vacib məsələlərdən biridir. Biz Azərbaycanda bu məsələləri həll edirik. Çalışırıq ki, Azərbaycan öz ərzaq tələbatını 100 faiz səviyyəsində özü təmin etsin. Mən tam əminəm ki, biz öz ərzaq təhlükəsizliyimizi yüz faiz səviyyəsində təmin edə bilərik. Hesab edirəm, bu məqsədə çatmaq üçün bizə bir neçə il lazımdır. Çünki bizim düşündüyümüz siyasət, regionlara qoyulan investisiyalar, eyni zamanda, son vaxtlar aparılan islahatlar ərzaq təhlükəsizliyini tam şəkildə təmin edəcəkdir. Hesab edirəm ki, digər sahələrdə də eyni yanaşma olmalıdır, nəyi özümüz istehsal edə biliriksə istehsal etməliyik”.

Dövlət başçısı Cəlilabadın qazlaşdırma problemlərindən də danışıb:

“Hələ ki, bu nə məni, nə də sizi qane edə bilməz. Çünki mənə verilən məlumata görə, Cəlilabadda qazlaşdırma orta hesabla təxminən 40 faiz səviyyəsindədir. Bu, çox aşağı səviyyədir və Dövlət Neft Şirkətinə, onun qurumu olan “Azəriqaz”a tapşırıq veriləcək ki, burada qazlaşdırmanın sürəti artırılsın. Çünki biz indi çalışırıq ki, ölkə üzrə qazlaşdırmanı 95 faizə çatdıraq, çatdıracağıq da. Şəbəkələr qurulur, Azərbaycanda qaz istehsalı artır. Biz xaricə də qaz ixrac edirik, amma ilk növbədə Azərbaycan əhalisini təmin etməliyik. Belə olan halda, 40 faiz qazlaşdırma Cəlilabad üçün çox aşağı səviyyədir və əminəm ki, mənim sözlərimdən sonra bu sahədə işlər daha da sürətlə başlayacaq”.

Prezident bu il Azərbaycan iqtisadiyyatının birinci yarımildə təxminən 6 faiz artığını diqqətə çatdırıb:

“Dünya miqyasında bu, bəlkə də indiki dövrdə ən yüksək göstəricidir. Qeyri-neft sektorumuz 9 faizdən çox artıb. Bu da ən yüksək göstəricidir. Baxmayaraq ki, bizim iqtisadiyyatımızın bir hissəsi neftlə, qazla bağlıdır və qiymətlər kəskin şəkildə aşağı düşüb və hələ düşməyə davam edir, biz heç bir sosial layihəni ixtisar etməmişik, əksinə sosial-iqtisadi infrastruktur layihələri icra edilir. Bax, bugünkü layihə bunun bariz nümunəsidir. Bu layihələr bütün ölkə üzrə aparılır. Kənd yollarının tikintisi ölkə üzrə geniş vüsət almışdır, çünki buna böyük ehtiyac var. Bu sosial məsələdir, ilk növbədə, insanların rahatlığıdır və iqtisadi məsələdir, çünki kənd yolu olanda iş yeri də açılar, müəssisə də yaradılar, eyni zamanda, biz bir çox məsələləri də həll etmiş olarıq. Misal üçün, əvvəllər hər bir yaşayış məntəqəsində, yaxud da ki, bir neçə məntəqənin ətrafında mütləq bir tibb müəssisəsi olmalı idi. Çünki mərkəzə gediş-gəliş o qədər də rahat deyildi. Ancaq indi 20-22 kilometrlik rahat yolu bir neçə dəqiqəyə gəlmək olar və burada, Cəlilabad şəhərində həm Müalicə-Diaqnostika Mərkəzi, həm Mərkəzi Rayon Xəstəxanası var. Ona görə, iqtisadi sahədə, yəni sosial və iqtisadi məsələlərin həlli üçün də kənd yollarının çox böyük əhəmiyyəti var. Amma yenə də deyirəm, bu, ilk növbədə, insanların rahatlığı üçündür.

Bu yol üzərində 6 kənd yerləşir, 20 mindən çox əhali yoldan istifadə edəcək. Bax, biz bu yolla gedirik və bu yol inkişaf yoludur. Bizim əldə etdiyimiz uğurlar onu sübut edir ki, Azərbaycan sürətlə, inamla inkişaf edir, gələcəyimiz də daha yaxşı olacaq”.


OXŞAR XƏBƏRLƏR

500 milyard parametrli süni intellekt yaradılacaq

Microsoft özünün ən böyük süni intellekt (AI) modelini inkişaf etdirəcək. Sfera.az xəbər verir ki, bu barədə “The Information” məlumat yayıb. ...

Özlərini özəl hiss edirlər: Eyni cinsdən dördəmləri oldu - FOTO

Texaslı (ABŞ) Mercedes Sandhu çox nadir eyni dördəmlər dünyaya gətirib. Körpələr xəstəxanadadır, qidalanma borusu vasitəsilə qida alır və xüsusi aparat vasitəsi...

“Çərşənbə”nin ikinci mövsümünün çəkilişləri başladı: Əsas aktyorlardan biri olmayacaq 

Məşhur “Netflix” serialının ikinci mövsümünün çəkilişlərinə başlanılıb. Bu barədə aparıcı aktrisa Cenna Orteqa İnstaqram səhifəsində məlumat verib. ...

24.000 illik körpə qalıqları insan tarixini yenidən yazdı

Təxminən 24500 il əvvəl Portuqaliyanın mərkəzindəki Lapedo vadisində 4 yaşlı uşaq kəfənə bükülmüş şəkildə dəfn edilib. Alimlərin kəşf etdiyi kimi, bu uşaqda həm...

Faşizm üzərində qələbədən 79 il ötür

Bu gün alman faşizmi üzərində tarixi qələbədən 79 il keçir.   Sfera.az xatırladır ki, faşizm üzərində qələbə Azərbaycanda da rəsmi dövlət bayramı kim...

Putinlə Paşinyanın görüşü başladı

Kremldə Rusiya Prezidenti Vladimir Putinlə Ermənistanın Baş naziri Nikol Paşinyanın görüşü keçirilir.   Sfera.az xəbər verir ki, bu barədə Kremlin mə...