Məmur: \"Ata Abdullayevə quzu təklif etdim, götürmədi, 10 min manat istədi\"

Məmur: \
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hədə-qorxu ilə tələb etmədə təqsirləndirilən Ata Abdullayevin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

Sfera.az xəbər verir ki, hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə Abşeron Rayon İcra Hakimiyyətinin Masazır qəsəbəsi üzrə nümayəndəsi Şahlar Həsənov ifadə verib.

O bildirib ki, ötən ilin sentyabr ayının əvvəlində A.Abdullayev qəsəbə ərazisində daşınmayan məişət tullantıları ilə bağlı çəkiliş edib: "Dərhal həmin əraziyə getdim. Çəkiliş edəndə bir az mübahisəmiz oldu. Dedim ki, Masazırda 100 minə yaxın insan yaşayır, istismar müddəti də bitmiş 4 texnika var. Bu da məişət tullantıların daşınmasını çatdırmır. Ataya bunları izah etməyimə baxmayaraq, yenə də çəkilişləri davam etdirirdi. Çəkilişlərdə tez-tez rayon rəhbərliyinin adını hallandırırdı. O, məndən müəyyən məbləğdə pul istədi. Söylədim ki, maaşa baxan adamam. Mənim gücüm ancaq ona çatırdı ki, bir quzu kəsdirim, onu da aparsın balalarına versin. Ona razılaşmadı.

Sonra məndən 10 min manat pul istədi, razılaşmadım. Daha sonra 6 min manat tələb etdi. Təbii ki, mən yenə də razılaşmadım və məcbur olub bu barədə Dövlət Təhlükəsizliyi Xidmətinə müraciət etdim. Mən Ataya 6 min manat pul verməmişəm".

Daha sonra prosesdə Ş.Həsənovun məhkəməyə təqdim etdiyi ərizə elan olunub. Ərizədə göstərilir ki, məmurun şikayət və tələbi var. O deyib ki, cəza məsələsini məhkəmənin səlahiyyətinə buraxır: "Növbəti məhkəmə proseslərində iştirak edə bilməyəcəm. Çünki səhhətimdə ciddi problem var".

Eyni zamanda, ölkə xaricində olan Ziya Məmmədovun məhkəməyə gətirilməsi ilə bağlı qərar qəbul edilib.

Məhkəmənin növbəti iclası dekabrın 7-nə təyin edilib.

Qeyd edək ki, A.Abdullayev Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən bu ilin mart ayında saxlanılıb və barəsində Səbail Rayon Məhkəməsi tərəfindən həbs qətimkan tədbiri seçilib.

İttihama əsasən, A.Abdullayev müxtəlif şəxslərdən onlar haqqında rüsvayedici məlumatlar yaymaq hədəsi ilə pul tələb edib. Belə ki, o, Gənclər və İdman Nazirliyinin tabeliyində Avropa Oyunları və "Formula-1” yarışlarıyla bağlı Əməliyyat Komitəsində çalışan Elmar Əliyevə zəng edərək, ondan 10 min manat istəyib. Son nəticədə 2400 manatlıq "iPhone 11 Pro Max” telefonu alıb.

Bundan başqa, A.Abdullayev Abşeron Rayon İcra Hakimiyyətinin Masazır qəsəbəsi üzrə nümayəndəsi Şahlar Həsənovdan 6 000 pul istəyib. O, Masazırda məişət tullantılarının vaxtında daşınmaması ilə bağlı video yaymaqla hədələyib.

Həmçinin o, aşmış ağacı videoya çəkərək, sahibkar Cəmil Babayevi ağacları kəsməkdə ittiham etməklə ondan pul tələb edib.

A.Abdullayev Sabunçuda sahibkar Elçin Əliyevi qanunsuz tikinti aparmaqda ittiham edərək, ondan 15 000 manat pul tələb edib.

Bununla əlaqədar ona CM-in 182.2.2 (hədə-qorxu ilə tələb etmə) və 182.2.4-cü (xeyli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə) maddələrilə ittiham verilib. (Report)

OXŞAR XƏBƏRLƏR

Zaqataladakı dönərxananın sahibi danışdı: "Özüm də yemişəm, heç bir problem yoxdur"  - VİDEO

Xəbər verdiyimiz kimi, ötən gün Zaqatalada dönərdən kütləvi zəhərlənmə olub. Zəhərlənən şəxslərin hamısının şəhərin müxtəlif dönərxanalarında haz...

Tom Kruz uşaqları ilə nadir fotosessiyaya çəkildi - FOTOLAR

61 yaşlı amerikalı aktyor Tom Kruz böyük uşaqları ilə birlikdə görünüb.   Sfera.az bildirir ki, İzabella (Bella) və Konnor aktyorun Nikol Kidmanla ev...

Kapital Bank hər kəsə 200 AZN verir? - AÇIQLAMA

Sosial şəbəkə platformalarında kiberdələduzlar tərəfindən Səhiyyə Nazirliyinin dəstəyi görüntüsü ilə Kapital Bank adından saxta kampaniyalar həyata keçirilir. ...

Maradonanın “Qızıl top”u hərraca çıxarıldı

Argentinalı futbolçu Dieqo Maradonanın 1986-cı il dünya çempionatında ən yaxşı oyunçu kimi qazandığı “Qızıl top” hərraca çıxarılacaq.   S...

Zaqatalada dönərdən zəhərlənənlərin sayı 40-a çatdı - YENİLƏNDİ

Zaqatalada 10-dan artıq şəxs dönərdən zəhərlənib.   Sfera.az xəbər verir ki, zəhərlənənlərin hamısının toyuq ətindən hazırlanmış dönər yediyi mə...

Azərbaycan “Avroviziya-2024”ün finalına keçə bilmədi

İsveçin Malmö şəhərində keçirilən “Eurovision 2024” mahnı müsabiqəsində Ukrayna təmsilçiləri Alyona Alyona və Cerri Heil Eurovision 2024 finalına və...