Logo

Azərbaycanda ən bahalı maşınlar BUNLARDIR - QİYMƏTLƏR

Azərbaycanda ən bahalı maşınlar BUNLARDIR - QİYMƏTLƏR
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Təkcə dünyada deyil, Azərbaycanda da lüks avtomobil bazarında qiymətlər milyon manata yaxınlaşır.

Maraqlısı isə odur ki, bu maşınların bəziləri sürətinə görə deyil, nadirliyinə, istehsal tarixinə və hətta sahib olduqları kiçik detallara görə bu qədər bahadır. Elə avtomobillər var ki, onlardan dünyada cəmi bir neçə ədəd mövcuddur.

Bəs Azərbaycan avtomobil bazarında ən baha qiymətə təklif olunan avtomobillər hansılardır? Onları bu qədər bahalı edən nədir və alıcı bu məbləğ qarşılığında hansı xüsusiyyətləri əldə edir?

Sfera.az xəbər verir ki, “Bentley” və “Rolls-Royce” modelləri Azərbaycanda ən yüksək qiymətə satışa çıxarılan avtomobillər sırasında yer alır. Rəsmi saytlarda yerləşdirilən elanlara əsasən, 2025-ci il istehsalı olan bu avtomobillərin qiyməti yüz minlərlə avro və dollarla ölçülür.

Siyahının ilk pilləsində “Bentley Continental GT” qərarlaşıb. 2025-ci il istehsalı olan modelin qiyməti 455 min avro, yəni 849 min 440 manatdır.

Azərbaycanda ən bahalı maşınlar BUNLARDIR - QİYMƏTLƏR

2025-ci il istehsalı olan “Bentley Continental GTC” 440 min avro (821 min 436 manat) qiymətləndirilir.

Azərbaycanda ən bahalı maşınlar BUNLARDIR - QİYMƏTLƏR

Tam elektrik mühərrikli 2025-ci il “Rolls-Royce Spectre”nin qiyməti 435 min 357 avro (812 min 769 manat), yürüşü isə 6 100 kilometrdir.

Azərbaycanda ən bahalı maşınlar BUNLARDIR - QİYMƏTLƏR

Digər “Bentley Continental GT” modelinin qiyməti 430 min avro (802 min 767 manat) təşkil edir.

Azərbaycanda ən bahalı maşınlar BUNLARDIR - QİYMƏTLƏR

2025-ci il istehsalı olan sonuncu “Bentley Continental GT” isə 420 min avro (784 min 98 manat) qiymətlə təqdim olunur.

Azərbaycanda ən bahalı maşınlar BUNLARDIR - QİYMƏTLƏR

Bəs bu avtomobillər niyə bu qədər bahadır?

Bu avtomobillərin yüksək qiymətinin əsas səbəbi yalnız mühərrik gücü deyil. “Bentley” və “Rolls-Royce” kimi markalar lüks avtomobil seqmentində xüsusi yer tutur. Onların istehsalında yüksək keyfiyyətli dəri, təbii ağac və digər bahalı materiallardan istifadə olunur. Salonun bir çox detalı əl işi ilə hazırlanır.

Bundan əlavə, hibrid və elektrik mühərrikləri, müasir texnologiyalar, təhlükəsizlik sistemləri və fərdi sifariş imkanları da qiymətə təsir göstərir. Avtomobilin rəngi, salonun tərtibatı və əlavə avadanlıqları seçildikcə onun dəyəri daha da arta bilər. Digər mühüm amil isə markanın nüfuzu və eksklüzivliyidir. Bu avtomobillər kütləvi istehsal olunan modellərdən fərqli olaraq, daha məhdud alıcı auditoriyasına hesablanıb. Azərbaycanda isə idxal xərcləri, gömrük ödənişləri və satıcının qiymət siyasəti də son satış məbləğinə təsir edə bilər.

İradə Elsevər
Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR