Logo

İnsanlar bunun sayəsində ölümsüz olacaq - Futuroloq

İnsanlar bunun sayəsində ölümsüz olacaq - Futuroloq
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Gələcəkdə insanlar orqanizm toxumalarının bərpası texnologiyaları sayəsində əbədi yaşaya biləcəklər. Hər on ildən bir zədələnmiş hüceyrələri yeniləri ilə əvəz edən bir növ "hüceyrə təmiri" aparmaq mümkün olacaq.

Sfera.az xəbər verir ki, bunu rusiyalı futuroloq Valeriya Prayd deyib.

Onun fikrincə, biotexnologiyanın inkişafı nəinki qocalmanı yavaşladacaq, həm də orqanizmi müntəzəm olaraq yeniləyəcək və insan ömrünü əhəmiyyətli dərəcədə uzadacaq.

"İnsan toxumalarını yeniləmək üçün texnologiyalar ortaya çıxacaq. Hər 10 ildən bir "hüceyrə təmiri" aparmaq və zədələnmiş hüceyrələri əvəz etmək mümkün olacaq", - deyə Prayd bildirib.

Futuroloq hesab edir ki, ömrün uzanması Yer kürəsinin əhalisinin kəskin artmasına səbəb olacaq.

Lakin o, bunun qida çatışmazlığına səbəb olmayacağını proqnozlaşdırır:

“Yeni texnologiyalar demək olar ki, istənilən şəraitdə qida yetişdirməyi mümkün edəcək”./axar

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR