Logo

Şahanə Azərbaycanlı iş adamı milyonluq turnirin finalına yüksəldi

Şahanə Azərbaycanlı iş adamı milyonluq turnirin finalına yüksəldi
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Azərbaycanlı poker oyunçusu Ramin Hacıyev Şimali Kiprdə keçirilən nüfuzlu “Triton Invitational X” turnirinin final mərhələsinə yüksəlib.

Sfera.az xəbər verir ki, bu barədə “Triton Poker Series”in rəsmi sosial şəbəkə hesabında məlumat paylaşılıb. Məlumata görə, 200 min dollarlıq iştirak haqqı olan turnirdə ümumilikdə 107 iştirakçı mübarizə aparıb. Turnirin ümumi mükafat fondu 21 milyon 400 min dollar təşkil edir. İkinci günün 14 saatdan çox davam edən mübarizəsindən sonra final mərhələsinə yüksələn 9 iştirakçının adı müəyyənləşib.

Onların arasında azərbaycanlı Ramin Hacıyev və argentinalı reper Alejandro Lococo da yer alıb. Final mərhələsi ərəfəsində Paulius Plausinaitis 7 milyon 175 min xalla lider olub. Alejandro Lococo 6 milyon 225 min xalla ikinci, Aleksejs Ponakovs 4 milyon 875 min xalla üçüncü, Yang Wang isə 4 milyon 200 min xalla dördüncü pillədə qərarlaşıb.

Ramin Hacıyev 2 milyon 800 min xalla beşinci yerdə olub. Finalın digər iştirakçıları Samuel Mullur, Isaac Haxton, Elton Tsang və Thomas Boivin olub. Qeyd edək ki, Ramin Hacıyev peşəkar poker karyerasından əvvəl tennis idmanı ilə məşğul olub. Daha sonra sahibkarlıq fəaliyyətinə başlayan Hacıyev 2023-cü ildə Şimali Kiprdə keçirilən 200 min dollarlıq “Luxon Invitational” turnirinin qalibi olaraq 4 milyon 122 min 554 dollar mükafat qazanıb. Alejandro Lococo isə “Papo MC” səhnə adı ilə tanınan argentinalı reperdir. O, daha əvvəl Baham adalarında keçirilən turnirdə 12 milyon 70 min dollar mükafat əldə edib.

Turnirin qalibi 5 milyon 380 min dollar mükafat və “Triton Invitational” kubokuna sahib olacaq. Ramin Hacıyev və Alejandro Lococo finalda qalib gələcəkləri təqdirdə, “Triton Invitational” turnirini iki dəfə qazanan ilk oyunçu kimi tarixə düşəcəklər. Final mərhələsinin noyabrın 22-də keçirilməsi nəzərdə tutulub.

Şahanə Ziyad

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR