Logo

Peşə təhsilli gənclərin sayı artırılacaq - Əmək bazarında nə dəyişəcək?

Peşə təhsilli gənclərin sayı artırılacaq - Əmək bazarında nə dəyişəcək?
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Əmək bazarında ixtisaslı kadrlara tələbatın artması peşə təhsilinin əhəmiyyətini yenidən gündəmə gətirir.

Xüsusilə texnologiyanın inkişafı, alternativ enerji sahəsinin genişlənməsi və avtomobil sənayesində baş verən dəyişikliklər praktiki bacarıqlara malik mütəxəssislərə ehtiyacı artırır.

Azərbaycanda da peşə təhsilinin inkişafı, tədris proqramlarının yenilənməsi və maddi-texniki bazanın gücləndirilməsi istiqamətində addımlar atılır.

2030-cu ilədək hər il peşə hazırlığına cəlb edilən şəxslərin sayının 25 minə çatdırılması hədəfi isə bu sahənin əmək bazarındakı rolunu daha da aktuallaşdırır.

Bəs hazırda Azərbaycanda hansı peşələr üzrə kadr çatışmazlığı daha qabarıq hiss olunur? Peşə təhsili alan gənclərin əmək bazarına çıxışında hansı çətinliklər mövcuddur? Universitet təhsili ilə peşə təhsili arasında seçim zamanı gənclərin yanaşması dəyişirmi?

Təhsil eksperti Məzahir Məmmədli Sfera.az-a açıqlama verərkən bildirib ki, son illər peşə təhsili mərkəzlərində həm tədris proqramlarının yenilənməsi, həm də maddi-texniki bazanın yaxşılaşdırılması istiqamətində mühüm işlər görülüb. Onun sözlərinə görə, son iki ildə kadr islahatları ilə bağlı atılan addımların da nəticə verəcəyi gözlənilir:

Peşə təhsilli gənclərin sayı artırılacaq - Əmək bazarında nə dəyişəcək?

“Peşə təhsilinə marağın artmasında məzunların subbakalavr dərəcəsi əldə edərək gələcəkdə ali təhsil müəssisələrində təhsillərini davam etdirmək imkanının olması da mühüm rol oynayır. Düşünürəm ki, bəzi ixtisaslar üzrə dörd il universitet təhsili almaqdansa, peşə təhsili vasitəsilə konkret bacarıqlara yiyələnmək və daha qısa müddətdə əmək bazarına daxil olmaq daha məqsədəuyğundur.

Hazırda elektrik və hibrid avtomobillərin təmiri üzrə mütəxəssislərə ciddi ehtiyac var. Bu istiqamətdə Bakı ilə yanaşı, Lənkəran, Bərdə və Cəlilabadda yerləşən bəzi peşə təhsili müəssisələrində də müvafiq ixtisaslar açılıb. Həmin sahələr üzrə təhsil alanların iş tapmaq imkanları da nisbətən genişdir”.

Ekspert alternativ enerji sektorunda da kadr ehtiyacının artdığını vurğulayıb. Onun sözlərinə görə, günəş panellərinin quraşdırılması və texniki xidməti üçün çilingər və texniklərə tələbat var:

“Eyni zamanda informasiya texnologiyaları, informasiya mühəndisliyi və informasiya təhlükəsizliyi istiqamətləri üzrə peşə təhsili alanların da əmək bazarına daha sürətli daxil olmaq imkanları mövcuddur. Peşə təhsilindəki inkişafı müsbət qiymətləndirsəm də, orta ixtisas təhsili müəssisələrinin, xüsusilə kolleclərin vəziyyətini qənaətbəxş hesab etmirəm”.

İradə Elsevər

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR