Azərbaycanlı kişilər niyə rus qadınlarına üstünlük verirlər? - Rus qadınların diqqətçəkən açıqlamaları
Rusiyada yaşayan azərbaycanlı xanımın sosial şəbəkədə paylaşdığı video müzakirələrə səbəb olub.
Sfera.az xəbər verir ki, xanım paylaşımında bəzi azərbaycanlı və türk kişilərinin rus qadınlarına xüsusi maraq göstərməsinin səbəblərindən danışıb. O bildirib ki, bu mövzu uzun müddətdir diqqətini çəkdiyindən üç rus rəfiqəsinə eyni sualı ünvanlayıb. Maraqlısı isə hər üç qadının cavabının demək olar ki, eyni olmasıdır.
Xanımın sözlərinə görə, rəfiqələri rus qadınlarının münasibətlərdə daha sərbəst davranmasını əsas səbəblərdən biri kimi göstəriblər:
“Sizin kişilər bizi sevirlər, çünki biz münasibətlərdə özümüzü daha sərbəst aparırıq. Kişinin bizi əldə etmək üçün aylarla əziyyət çəkməsinə ehtiyac yoxdur. Hətta bir kişi xoşumuza gəlirsə, bəzən ilk addımı özümüz atır, yaxınlaşıb tanış oluruq. Tanışlıqdan sonra isə kişini özümüzdən asılı vəziyyətə salmırıq. Naz etməyi, bezdirməyi, dəqiqəbaşı zəng etməyi və nəzarətdə saxlamağı münasibət anlayışımıza uyğun hesab etmirik. Eyni zamanda, kişinin də bizi daim nəzarətdə saxlamasını istəmirik”.
Rəfiqələri münasibətlərdə maddi məsələlərə yanaşmalarının da fərqli olduğunu bildiriblər:
“Kişinin üzərinə bütün maddi yükü qoymuruq. O, bizə heç nəyə görə borclu deyil. Hər dəfə restoranda hesabı kişi ödəməli deyil. Görüşmək üçün bahalı restoranlara da ehtiyac duymuruq. Onun yanında özümüzü olduğumuz kimi aparırıq. Bizim yanımızda kişi də özünü komplekssiz və rahat hiss edir”.
Şahanə Ziyad






