Bu gün bürcləri nə gözləyir? – QOROSKOP
Bu gün bəzi bürclər üçün ailə və sevgi münasibətlərində xoş fürsətlər yaranacaq, digərlərini isə gərginlik və fikir ayrılıqları gözləyir.
Sfera.az xəbər verir ki, ulduz falına əsasən, noyabrın 20-də Qoçlar başqalarına göstərəcəkləri köməyin qarşılığını alacaqlar. Buğalar üçün isə ailəyə vaxt ayırmaq və yeni sevgi münasibətlərinə başlamaq baxımından əlverişli imkanlar yarana bilər.
Qoç – Bu gün köməyinizə ehtiyacı olan insanlara dəstək olun. Yaxın zamanda həmin şəxslər sizə böyük kömək göstərə bilərlər.
Buğa – İş problemlərini bir kənara qoyaraq vaxtınızı ailənizə ayırın. Subay Buğalar üçün yeni sevgi münasibətinə başlamaq fürsəti yarana bilər.
Əkizlər – Yeni tanışlıqlar və əlaqələr qurmaq üçün əlverişli gündür. Ətrafınızdakı insanlarla ünsiyyətdə olmaq sizə müsbət enerji verəcək.
Xərçəng – Sevdiyiniz insanla münasibətlərdə gərginlik yarana bilər. Problemlərin böyüməməsi üçün qarşılıqlı güzəştə getməyə çalışın.
Şir – Bu gün hissləriniz və emosiyalarınız ön plana çıxacaq. Yeni duyğulardan çəkinməyin, münasibətlərdə səmimi davranın.
Qız – Ailə məsələlərinin həllinə diqqət yetirməli olacaqsınız. Daşınmaz əmlak və mirasla bağlı məsələlər gündəmə gələ bilər. Nikbinliyinizi qoruyun.
Tərəzi – Yaxınlarınıza qarşı aqressiv davranmaqdan çəkinin. Sərt sözlər münasibətlərdəki gərginliyi artıra bilər. Bir qədər tək qalmaq və düşünmək faydalı olacaq.
Əqrəb – Sizi gərgin gün gözləyir. Şəxsi münasibətləriniz sınaqdan keçə bilər. Uzun müddətdir təxirə saldığınız problemləri həll etmək üçün hərəkətə keçin.
Oxatan – Yaxınlarınız və dostlarınızla münasibətlərdə diqqətli olun. Mənfi emosiyalarınızı onlara yönəltməyin. Sizi sevən insanlar bu gün də anlamağa çalışacaqlar.
Oğlaq – İşdə və şəxsi münasibətlərdə yaranmış problemləri həll etməyin vaxtıdır. Mübahisələrdən uzaq durun, dialoqa üstünlük verin və yaxınlarınızın dəstəyindən yararlanın.
Dolça – Çoxdan görmədiyiniz insanlar yenidən həyatınıza daxil ola bilər. Gün ərzində mübahisələr və narazılıqlar yaşana bilər. Qərar verərkən obyektiv olmağa çalışın.
Balıqlar – Sevdiyiniz insana qarşı düşünülməmiş addım ata bilərsiniz. Onun fikirlərini və planlarını dinləmək münasibətlərinizin möhkəmlənməsinə kömək edəcək.
İnci
Sfera.az






