Papanın son durumu açıqlandı
Kateqoriya məlum deyil
T
Roma Papası XIV Leo ağciyərindəki şişin çıxarılması əməliyyatından sonra xəstəxanadan evə buraxılmağa hazır hesab edilib.
Sfera.az xəbər verir ki, bu barədə Müqəddəs Taxt-Tacın mətbuat xidməti “RİA Novosti”yə məlumat verib.
Bildirilib ki, səhər saatlarında aparılan qan analizlərinin və döş qəfəsinin rentgen müayinəsinin nəticələri, eləcə də ümumi klinik vəziyyətinin qiymətləndirilməsi pontifikin evə buraxılmasına imkan verir.
Qeyd edək ki, daha əvvəl XIV Leoda xərçəng xəstəliyinin aşkarlandığı bildirilmişdi. Oktyabrın 13-də cərrahlar onun sağ ağciyərinin bir hissəsini çıxarıblar. Əməliyyatdan bir gün sonra isə pontifik normal qidalanmağa başlayıb.
Bəsti
Sfera.az





