Gözəllik kraliçasını ildırım vurdu - FOTO

Gözəllik kraliçasını ildırım vurdu - FOTO
Kateqoriya məlum deyil
T

Braziliyada 22 yaşlı Ana Beatriz Araujo Ferreira ildırım vurması nəticəsində həyatını itirib.

Sfera.az xəbər verir ki, faciə ölkənin Almas şəhərində qadının anasının evinin həyətində baş verib. Hadisə zamanı əraziyə zəif yağış yağdığı bildirilir.

Mərhumun bacısı Lana Letisiya bildirib ki, həyətin ətrafında bir neçə ağac, yaxınlıqda isə kiçik camaşırxana olub. Hadisə baş verən vaxt Ana Beatriz 5 yaşlı oğlunu çimizdirərək evə göndərib, daha sonra qardaşı qızına kömək etməyə başlayıb.

“Qardaşım qızının saçını darayırdı ki, ildırım onu vurdu”, – Lana Letisiya deyib.

Gənc ana ildırım vurduqdan sonra hələ sağ vəziyyətdə xəstəxanaya çatdırılıb. Lakin aldığı xəsarətlər səbəbindən həmin gün dünyasını dəyişib. Onun qardaşı Sezar Auqusto hadisənin saniyələr ərzində baş verdiyini bildirib. Onun sözlərinə görə, həmin vaxt hava buludlu olub və çox zəif yağış yağıb. Sezar Auqusto "CNN Brasil"ə bacısı haqqında danışarkən onu tanıdığı ən gözəl insanlardan biri kimi xarakterizə edib. O bildirib ki, ildırım Ana Beatrizi “ən çox sevdiyi işi – sevgisini ən sadə şəkildə göstərdiyi anda” vurub.

Qeyd edək ki, Ferreira ölümündən qısa müddət əvvəl "ExpoAlmas" kənd təsərrüfatı sərgisində rodeo kraliçası seçilib və taclandırılıb.

Firuzə Əliyeva

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR