Türkiyədən Rusiya və Ukraynaya Qara dənizlə bağlı TƏKLİF

Türkiyə Qara dənizdə gəmiçiliyin təhlükəsizliyinin təmin olunması ilə bağlı Rusiya və Ukraynaya bir sıra təkliflər təqdim edib.
Sfera.az xəbər verir ki, bu barədə Türkiyə hökumətindəki mənbə “RİA Novosti”yə açıqlamasında bildirib. Mənbənin sözlərinə görə, Ankara hazırkı mərhələdə təkliflərin məzmununu ictimaiyyətə açıqlamağı planlaşdırmır. Bildirilib ki, diplomatik təşəbbüslər əvvəlcə maraqlı tərəflərlə müzakirə olunmalıdır. “Türkiyə Rusiya və Ukrayna ilə təmasları davam etdirəcək.
Məqsəd Qara dənizdə kommersiya gəmiçiliyinin təhlükəsizliyini təmin etmək və eskalasiyanın qarşısını almaq üçün şərait yaratmaqdır”, - mənbə qeyd edib. Türkiyə tərəfi Qara dənizdə mülki və kommersiya gəmiçiliyi üçün risklərin azaldılmasına yönəlmiş diplomatik səylərin davam etdirilməsini zəruri hesab edir. Mənbə həmçinin son dövrlərdə Qara dənizdə Ukrayna silahlı qüvvələri tərəfindən mülki dəniz infrastrukturu və gəmilərə hücumların artdığını bildirib.
Firuzə Əliyeva






