İranın 7 günlük təklifi rədd edildi

İranın 7 günlük təklifi rədd edildi
Kateqoriya məlum deyil
T

ABŞ Prezidenti Donald Tramp İranın Hürmüz boğazının açılmasını nəzərdə tutan 7 günlük atəşkəs təklifini rədd etdiklərini açıqlayıb.

Sfera.az xəbər verir ki, İranın xarici işlər naziri Abbas Əraqçi Vaşinqtona qarşıdurmaların dayandırılması, Hürmüz boğazının açılması və nüvə danışıqlarının bərpasını nəzərdə tutan 7 günlük plan təklif etdiklərini bildirib.

Əraqçinin sözlərinə görə, müəyyən şərtlər yerinə yetiriləcəyi halda Hürmüz boğazının yeddinci günün sonunda açılması və danışıqların yenidən başlaması planlaşdırılıb.

ABŞ mətbuatında yayılan məlumatlara görə, Tramp təklifi qəbul etməyib və İrana qarşı iqtisadi təzyiqlərin davam etdirilməsini istəyib.

Daha sonra Tramp bu məlumatı təsdiqləyərək İranın təklifini rədd etdiyini deyib. O, təklif olunan razılaşmanın ABŞ üçün qəbulolunan olmadığını bildirib.

İranın təklifinin əsasını Hürmüz boğazının açılması və bunun qarşılığında ABŞ-ın dəniz blokadasını aradan qaldırması təşkil edir. Tehran həmçinin nüvə danışıqlarının bərpasını istəyir.

Bölgədəki vəziyyətlə bağlı diplomatik səylər davam etsə də tərəflər arasında hələlik konkret razılaşma əldə olunmayıb.

Mənsumə

Sfera.az

Açar sözlər:
PAYLAŞ

OXŞAR XƏBƏRLƏR