Berk Oktay və Yıldız Çağrı Atiksoydan Dubayda romantik paylaşım – FOTO

Türkiyənin tanınmış aktyorları Berk Oktay və Yıldız Çağrı Atiksoy sıx iş qrafikindən sonra istirahət üçün Dubaya yollanıblar. Cütlük romantik tətil zamanı çəkdirdikləri fotoları sosial media hesablarında paylaşaraq diqqət çəkib.
Sfera.az xəbər verir ki, 10 sentyabr 2022-ci ildə ailə quran Berk Oktay və Yıldız Çağrı Atiksoy evliliklərindən sonra da şəxsi həyatları ilə gündəmdə qalırlar.
Cütlüyün 21 may 2024-cü ildə Mira Milena adlı qız övladı dünyaya gəlib. İlk dəfə valideyn olmağın sevincini yaşayan aktyorlar zaman-zaman ailə fotolarını da izləyiciləri ilə bölüşürlər.
Sıx çəkiliş və iş qrafikindən sonra dincəlmək qərarına gələn cütlük bu dəfə tətil məkanı olaraq Dubayı seçib. Şəhərdə birlikdə vaxt keçirən Berk Oktay və Yıldız Çağrı Atiksoy romantik fotolarını “İnstagram”hesablarında paylaşıblar.
Cütlüyün paylaşımı qısa müddətdə çoxsaylı bəyənmə və şərhlər alıb. Şəxsi həyatlarını əsasən mediadan uzaq saxlamağa çalışan aktyorlar zaman-zaman sosial şəbəkə paylaşımları ilə xoş anlarını izləyiciləri ilə bölüşürlər.
Mənsumə









