Bu, Rusiyaya müharibə elan etmək olacaq - Lavrov

Bu, Rusiyaya müharibə elan etmək olacaq - Lavrov
Kateqoriya məlum deyil
T

Rusiya xarici işlər naziri Sergey Lavrov Avropa ölkələrinin Ukraynaya hərbi qüvvələr yerləşdirməsinin Rusiyaya birbaşa müharibə elan etmək anlamına gələcəyini bildirib.

Sfera.az xəbər verir ki, Lavrov Yekaterinburq şəhərində keçirilən Beynəlxalq Gənclər Festivalında çıxış edib.

Nazir Ukrayna böhranının həlli ilə bağlı danışıqların bərpa olunması ehtimalına da toxunub. O, həm ikitərəfli, həm də üçtərəfli formatda danışıqlara hazır olduqlarını bildirib:

“Biz heç vaxt danışıqlardan imtina etməmişik. Təklifləri gözləyəcəyik, lakin böyük gözləntilərimiz yoxdur”.

Lavrov danışıqların tərəflər üçün uyğun olan istənilən ölkədə keçirilə biləcəyini qeyd edib. O, Ukrayna böhranının əsas səbəblərinin aradan qaldırılmasının vacibliyini vurğulayıb.

ABŞ-la təmasların davam etdiyini bildirən nazir genişmiqyaslı dialoq üçün münasibətlərin yaxşılaşdırılmasının zəruri olduğunu deyib.

Avropa ölkələrinin Ukraynaya hərbi birliklər yerləşdirmək planlarına münasibət bildirən Lavrov bu addımın birbaşa müharibə elan etmək anlamına gələcəyini söyləyib:

“Bu, Avropanın hibrid deyil, birbaşa müharibə elan etməsi demək olacaq. Avropalılarla dövlətimizin təhlükəsizliyi ilə bağlı heç bir razılaşma əldə etməyəcəyik. Avropa ölkələrindən biri bizimlə ciddi dialoq qurmaq istəsə, onu dinləyəcəyik. Lakin dərhal onların qucağına atılmayacağıq”.

Mənsumə

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR