Qonşu ölkədə zəlzələ oldu

Kateqoriya məlum deyil
T
Ermənistanda zəlzələ qeydə alınıb.
Sfera.az xəbər verir ki, bu barədə Ermənistanın Seysmoloji Xidməti məlumat yayıb.
Bildirilib ki, yerli vaxtla saat 12:17-də Şoğakat kəndindən 3 kilometr cənub-şərqdə 2,8 maqnitudalı zəlzələ baş verib. Yeraltı təkanların ocağı 10 kilometr dərinlikdə yerləşib.
Zəlzələnin episentrində təkanların gücü 3-4 bal olub.
Yeraltı təkanlar Geğarkunik vilayətinin Şoğakat, Artaniş, Draxtik və Cil kəndlərində hiss edilib.
Hadisə nəticəsində dağıntı və xəsarət alanlarla bağlı məlumat verilməyib.
Firuzə Əliyeva
Sfera.az






