"Hər məktəbdə 1 metodist” hədəfi: Nə qədəri reallaşıb? - RƏSMİ AÇIQLAMA

"Hər məktəbdə 1 metodist” hədəfi: Nə qədəri reallaşıb? - RƏSMİ AÇIQLAMA
Kateqoriya məlum deyil
T

2023-cü ildə elm və təhsil naziri Emin Əmrullayev hər bir məktəbdə ən azı bir metodist müəllimin fəaliyyət göstərməsinin hədəfləndiyini açıqlamışdı.

Bəs hazırda bu istiqamətdə vəziyyət necədir və qarşıya qoyulan hədəfin nə qədəri reallaşdırılıb?

Sfera.az məsələ ilə bağlı Azərbaycan Respublikası Təhsil İnstitutuna sorğu ünvanlayıb.

ARTİ-dən saytımıza verilən məlumata görə, qurum 2023-cü ildən etibarən metodik xidmətin təşkilinə başlayıb. Bildirilib ki, cari tədris ilinə qədər 500 məktəbdə metodik xidmətin təşkil edilməsi hədəflənib və bu plan tam şəkildə yerinə yetirilib.

Qurumdan qeyd olunub ki, metodik xidmətin təşkil edildiyi məktəblərin sayı hər il artırılır. Növbəti tədris ili üçün hədəflər isə yeni ildən müəyyənləşdiriləcək.

Qeyd edək ki, hazırkı mərhələdə metodist müəllimlərlə bağlı 2023-cü ildə səsləndirilən “hər bir məktəbdə 1 metodist müəllim” hədəfinin tam olaraq nə vaxt reallaşdırılacağı ilə bağlı konkret müddət açıqlanmayıb.

Firuzə Əliyeva

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR