57 yaşlı məşhur aparıcıda gözəllik sirri: “Losos spermasından da istifadə etmişəm”
Televiziya aparıcısı Evelina Bledans cazibədar görünüşünü qorumaq üçün müraciət etdiyi kosmetoloji prosedurlardan danışıb.
Sfera.az xəbər verir ki, 57 yaşlı məşhur bu barədə “StarHit” nəşrinə müsahibəsində danışıb.
Bledans bildirib ki, inyeksion kosmetoloji prosedurları sevir. O, son vaxtlar müzakirə olunan losos sperması əsaslı kosmetoloji prosedurdan da istifadə etdiyini etiraf edib.
Aparıcının sözlərinə görə, günəşli havanı sevdiyi üçün dərisinin nəmləndirilməsinə xüsusi diqqət yetirir və bəzən kremlər bunun üçün kifayət etmir.
“İndi hamı losos sperması deyilən prosedurdan danışır. Təbii ki, mən də etdirmişəm. Adı da maraqlı gəlir! Nəticəsi xoşuma gəldi”, – deyə Bledans bildirib.
Qeyd edək ki, losos sperması adı ilə tanınan kosmetoloji üsul balıq mənşəli polinukleotidlərdən istifadə edilən dəri prosedurlarına aiddir. Bu maddələr estetik dermatologiyada dərinin keyfiyyətini yaxşılaşdırmaq məqsədilə tətbiq olunur.
Fatimə
Sfera.az






